Avstriyada fəaliyyət göstərən azərbaycanlı həkimlərlə görüş
19 Mart 2025
820
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Avstriya Respublikasına səfəri çərçivəsində dövlət və özəl sektorda işləyən, eləcə də təhsilini burada davam etdirən azərbaycanlı həkimlərlə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Mədəniyyət Mərkəzində görüşü keçirilib.
Azmedinfo.az xəbər verir ki, Avstriya Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyilə keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən Mərkəzin direktoru Leyla Qasımova tədbirdə iştirak edən TƏBİB-in nümayəndə heyəti və azərbaycanlı həkimlərin görüşünə ev sahibliyi etməkdən məmnunluğunu ifadə edib. L.Qasımova ixtisasca həkim olduğunu nəzərə alaraq bu tədbirin onun üçün xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib. O, TƏBİB-in Avstriyada və dünyanın digər ölkələrində çalışan azərbaycanlı həkimlərin Azərbaycan səhiyyəsinə qazandırılması cəhdlərini yüksək qiymətləndirdiyini bildirib.
Daha sonra çıxış edən V.Qurbanov bildirib ki, xarici ölkələrdə yaşayan və fəaliyyət göstərən tibb işçilərinin ölkəmizdə səhiyyə sahəsində görülən işlər və innovativ yeniliklərlə yaxından tanış olması vacib əhəmiyyət daşıyır. O, Avstriyanın tibb müəssisələrində fəaliyyət göstərən həkimlərimizi gələcəkdə TƏBİB-in tabeliyində olan müəssisələrdə görməkdən məmnun olacaqlarını xüsusi vurğulayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ildə keçirilən Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu (DATS) ilə bağlı tövsiyəsini xatırladan İcraçı direktor bu istiqamətdə həyata keçirilən layihələrə diqqəti cəlb edib.
İcraçı direktor nəinki Avstriya, dünyanın bir çox ölkələrində fəaliyyət göstərən həkimlərimizin Azərbaycan dövlətinin, xalqının taleyüklü məsələlərinə biganə qalmadığını, vətənin çətin günlərində öz əməklərini əsirgəmədiklərini qürurverici hal adlandırıb.
Sonda Vüqar Qurbanov Avstriya Respublikasındakı Mədəniyyət Mərkəzinin rəhbərliyi və kollektivinə, eləcə də azərbaycanlı həkimlərə iştirakları üçün təşəkkürünü bildirib.
Həmçinin tədbirdə çıxış edən qonaqlar da öz növbəsində görüşün təşkil edilməsinə görə minnətdarlıqlarını bildirib, TƏBİB-in xarici ölkələrdəki həkimlərlə bağlı həyata keçirdiyi layihələri yüksək qiymətləndirib, müxtəlif ölkələrdə çalışan azərbaycanlı həkimlərin TƏBİB ilə əlaqələrinin yüksək səviyyədə olmasında maraqlı olduqlarını xüsusi vurğulayıblar.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654