Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
21 Aprel 2026, Çərşənbə axşamı, 12:38
Əlaqə vasitələri
Bizimlə əlaqə
Sağlam gələcək naminə: İİV/QİÇS-lə mübarizədə bir addım öndə!
01 Aprel 2025
492
Sağlam gələcək naminə: İİV/QİÇS-lə mübarizədə bir addım öndə!

Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Yevlax regional laboratoriyasının həkim briqadası Tərtər Rayon Mərkəzi Xəstəxanasında növbəti vacib tədbirini həyata keçirib. İİV/QİÇS-in erkən aşkarlanması məqsədilə geniş müayinələr aparılıb, əhali arasında maarifləndirmə işi gücləndirilib.

 

Azmedinfo.az xəbər verir ki, təcrübəli həkimlər iştirakçılara bu təhlükəli infeksiyanın yoluxma yolları, müayinə və müalicə üsulları barədə ətraflı məlumat verib, xəstəliyin qarşısının alınması üçün vacib tövsiyələr səsləndiriblər. Həmçinin, tədbir çərçivəsində İİV/QİÇS-lə bağlı maarifləndirici broşurlar və bukletlər paylanaraq, vətəndaşların məlumatlılığının artırılması istiqamətində mühüm addımlar atılıb.

 

Bu kimi təşəbbüslər İİV/QİÇS-lə mübarizədə böyük əhəmiyyət daşıyır və cəmiyyətin sağlam gələcəyinə töhfə verir.

 

Erkən diaqnostika və düzgün maarifləndirmə – təhlükədən qorunmağın ən güclü silahıdır!

Ən çox oxunanlar