Bir orqan – bir həyat: donorluğa dəstək artır
14 Aprel 2025
964
"Sən birsən" beyin mərkəzinin təsisçisi Fəridə Quluzadənin təşkilati dəstəyi, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin rəhbəri Yeganə Abbasova və “Ümidlə gəl” xeyriyyə layihəsinin rəhbəri Hacı Quliyevin təşəbbüsü ilə ölümdən sonra orqan donorluğu ilə bağlı maarifləndirici tədbir keçirilib.
Azmedinfo.az xəbər verir ki, tədbiri açıq elan edən Hacı Quliyev orqan donorluğunun həyat qurtaran bir missiya olduğunu qeyd edib. O, bu prosesin yalnız tibbi deyil, eyni zamanda mənəvi dəyəri olduğunu da vurğulayıb.
Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova çıxışında qeyd edib ki, bu mərkəz 2022-ci ilin sonunda Nazirlər Kabinetinin Sərəncamı ilə yaradılıb və əsas məqsədi transplantasiya əməliyyatlarının hüquqi bazasının möhkəmləndirilməsi və insan alverinin qarşısının alınmasıdır. O bildirib ki, hazırda transplantasiya əməliyyatları qanunvericiliyə uyğun şəkildə və dövlət hesabına aparılır ki, bu da prosesin əlçatanlığını artıran mühüm addımdır.
Yeganə Abbasova həmçinin vurğulayıb ki, 2025-ci ilin fevralında Azərbaycanın və ümumilikdə Qafqaz regionunun tarixində ilk dəfə meyit donordan orqan transplantasiyası uğurla həyata keçirilib. Bu əlamətdar hadisədən sonra ölümündən sonra donor olmaq istəyənlərin sayında nəzərəçarpacaq artım müşahidə olunub.
Tədbirdə Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim-koordinatoru Mehriban Əliyeva geniş təqdimatla çıxış edib. O qeyd edib ki, orqan donorluğu mövzusu hazırda bütün dünyada, o cümlədən Azərbaycanda çox aktualdır:
“Donorluq insanlıq borcudur. Təəssüf ki, insanlar bu barədə çox az düşünürlər. Çünki adətən hər birimiz ağır xəstəlikləri özümüzdən uzaq hesab edirik. Amma həyat gözlənilməzdir və hər birimizin, yaxınlarımızın donor orqanına ehtiyacı yarana bilər. Bu səbəbdən cəmiyyətin maarifləndirilməsi son dərəcə vacibdir.”
Təqdimatda donorluğun növləri, ölümündən sonra donor olma prosesi, müxtəlif ölkələrdə razılıq prinsipləri və qanunvericilik sistemləri, eləcə də real həyat hekayələri ətraflı şəkildə izah olunub.
Tədbirin ən təsirli məqamlarından biri Hacı Quliyevin şəxsi həyat hekayəsini paylaşması olub. O, illər öncə anasına qaraciyərinin bir hissəsini bağışladığını və bunun sayəsində onun həyata qayıtdığını bildirib. “Anamla keçirdiyim həmin illər həyatımın ən mənalı dövrü oldu,” – deyə o vurğulayıb. Hacı Quliyev, həmçinin, ölümündən sonra orqanlarını bağışlamaq qərarını verdiyini və bu barədə cəmiyyətə çağırış etdiyini bildirib: “Bu çağırışdan sonra mənə müraciət edənlərin sayı artdı. Sevindirici haldır ki, cəmiyyətimiz bu nəcib missiyaya laqeyd yanaşmır.”
"İnklusive Orqanization Kompany" qurumunun rəhbəri İbrahim Məmmədov, həkim Samirə Hüseynova, müəllim Pərvanə Kərimova və tibb bacısı Yeganə Məmmədova da çıxış edərək ölümündən sonra donor olmağın insan həyatının xilas edilməsində mühüm rol oynadığını vurğulayıblar və bu məsələyə cəmiyyətin daha çox diqqət yetirməsinin vacibliyini qeyd ediblər.
Tədbirin sonunda orqan donorluğuna dəstək olmaq istəyən iştirakçılar ölümündən sonra donor olmaq haqqında Səhiyyə Nazirliyinin Kollegiyası tərəfindən təsdiq olunmuş razılıq ərizə formalarını imzalayıblar. Daha sonra tədbir iştirakçılarına üzərində orqan donorluğu loqosu olan mayka və kepkalar hədiyyə edilib.
Belə layihələrin davamlı şəkildə həyata keçirilməsi cəmiyyətin sosial həmrəyliyinin möhkəmlənməsinə və donor orqanına ehtiyacı olan şəxslərin həyat şanslarının artmasına xidmət edir.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654