“Cərrahların Labirinti” konfransı çərçivəsində pankreasın kistik neoplaziyaları müzakirə olunub
17 Aprel 2025
660
Qəbələ rayonunda “Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar” İctimai Birliyinin (AHPBCA) təşkilatçılığı ilə “Cərrahların Labirinti - Pankreasın Kistik Neoplaziyaları” adlı 3-cü regional toplantı uğurla başa çatıb.
Azmedinfo.az xəbər verir ki, tədbirdə AHPBCA-nın sədri Eldar Əhmədov, İdarə Heyətinin üzvləri, ixtisaslaşmış həkim heyəti, Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədov və digər rəsmi şəxslər iştirak ediblər. Konfrans çərçivəsində həkim-mütəxəssislər tərəfindən pankreasın kistik neoplaziyaları mövzusunda əhatəli təqdimatlar və elmi məruzələr təqdim olunub.
100-ə yaxın iştirakçının yer aldığı toplantı çərçivəsində Qəbələ Rayon Mərkəzi Xəstəxanasında həyata keçirilən laparoskopik xolesistektomiya əməliyyatı canlı yayımlanaraq iştirakçılara nümayiş etdirilib.
Ümumi cərrah Nihad Nəzərzadənin moderatorluğu ilə aparılan əməliyyat zamanı Qəbələ Rayon Mərkəzi Xəstəxanasının ümumi cərrahı Fariz Abdullayev tərəfindən öd daşı xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində laparoskopik xolesistektomiya əməliyyatı uğurla icra olunub.
Qeyd edək ki, ixtisaslaşmış tibbi maarifləndirmə işlərinin gücləndirilməsi və ölkə səhiyyəsinin inkişafına dəstək məqsədilə “Azərbaycan Hepato-Pankreato-Biliar Cərrahlar” İctimai Birliyi tərəfindən bu kimi tədbirlərin ölkənin digər bölgələrində də keçirilməsi nəzərdə tutulur.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654