Multidissiplinar əməkdaşlıq və pasiyent yönümlü yanaşma - Nadir xəstəliklərə dair konfrans keçirilib
18 Aprel 2025
436
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Nadir Xəstəliklər: Şəxsi Təcrübəmiz” adlı beynəlxalq elmi-praktik konfrans uğurla baş tutub.
Azmedinfo.az xəbər verir ki, konfransın əsas məqsədi nadir xəstəliklər sahəsində elmi biliklərin və şəxsi təcrübələrin paylaşılması, multidissiplinar əməkdaşlığın gücləndirilməsi, eyni zamanda pasiyent yönümlü yanaşmaların təşviqi olub.
Tədbirin əvvəlində iştirakçılar vətən uğrunda canından keçən şəhidlərimizin, ulu öndər Heydər Əliyevin və 15 aprel anım tarixi ilə əlaqədar görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Zərifə xanım Əliyevanın anım günü ilə əlaqədar konfransda “Nadir rast gəlinən göz xəstəlikləri” mövzusunda məruzə dinlənilib.
Konfransın açılışı İnstitutun direktoru, dosent Aynur Poluxovanın nitqi ilə başlayıb. O, öz çıxışında tədbirin təşkil olunmasının əhəmiyyətini vurğulayaraq, nadir xəstəliklərin yalnız tibbi deyil, eyni zamanda sosial, psixoloji və emosional ölçüləri olan mürəkkəb bir məsələ olduğunu xüsusi qeyd edib: “Nadir xəstəliklər təkcə klinik praktikada deyil, həm də elmi araşdırmalarda önəmli yer tutur. Bu istiqamətdə beynəlxalq təcrübələrin öyrənilməsi, yeni tədqiqatların təşviqi və elmi nəticələrin praktikaya tətbiqi gələcək üçün əsas hədəfimiz olmalıdır.”
Daha sonra çıxış edən Səhiyyə Nazirliyinin Səhiyyə Siyasəti şöbəsinin müdiri Ramik Quliyev, səhiyyə naziri cənab Teymur Musayevin salamlarını çatdırıb. O, Konfransın təşkilini yüksək qiymətləndirib və iştirakçılara uğurlar arzulayıb. Nadir xəstəliklərin təkcə tibb elmi üçün deyil, bütövlükdə səhiyyə sistemi üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bu kimi tədbirlərin həm elmi, həm də praktiki baxımdan böyük önəm kəsb etdiyini vurğulayıb.
Daha sonra çıxış edən ATU-nin Elmi-Tədqiqatlar Departamentinin şöbə müdiri Fatimə Seyidbəyova çıxışında nadir xəstəliklərin elmi-tədqiqat sahəsində aktuallığını vurğulayaraq, bu cür tədbirlərin tibb elminin inkişafı, multidissiplinar yanaşmaların təşviqi və mütəxəssislər arasında təcrübə mübadiləsinin genişlənməsi baxımından xüsusi rol oynadığını qeyd edib. Konfransda Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasının müdiri, t.e.d., prof. Rəqsanə Məmmədova, Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının müdiri, t.e.d., prof. Paşa Musayev, I Uşaq xəstəlikləri kafedrasının müdiri, t.e.d., prof. Rauf Bəylərov iştirak ediblər.
Konfrans çərçivəsində proqrama uyğun olaraq 3 əsas panel sessiya təşkil olunub. Sessiyalarda ümumilikdə 17 məruzə ilə çıxışlar olub.
Hər sessiyanın sonunda əməkdaşlıq etdiyimiz ölkələrdən Qazaxıstan Respublikası “Ana və Uşaq Mərkəzi” University Medical Center, Özbəkistan Respublikası, Daşkənd Pediatriya Tibb Universiteti, Qırğızıstan Respublikası, “Ana və Uşaqların Mühafizəsi Milli Mərkəzi”nin nümayəndələri və spikerləri məruzə ilə çıxış edərək mövzu ilə bağlı beynəlxalq təcrübələrini bölüşüblər.
Hibrid formatda 300-ə yaxın iştirakçının qatıldığı konfransın sonunda iştirakçılar keçirilən panel sessiyaların əhəmiyyətini və əldə olunan nəticələrin praktikada tətbiq imkanlarını yüksək qiymətləndiriblər. Sessiyalarda təqdim olunan çıxışlar, elmi tədqiqat nəticələri və təcrübə paylaşımları nadir xəstəliklər sahəsində gələcək əməkdaşlıqlara və yeni yanaşmaların formalaşmasına zəmin yaradıb.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654