TƏBİB və Qlobal Fond vərəmlə mübarizə perspektivlərini müzakirə edib
23 Aprel 2025
578
TƏBİB-də Qlobal Fondun nümayəndələri ilə vərəm əleyhinə mübarizə tədbirləri müzakirə olunub.
Azmedinfo.az xəbər verir ki, görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun baş portfolio meneceri Valeriya Qrişeçkina, Səhiyyə Nazirliyi HIV/AIDS, Vərəm və Malyariya ilə mübarizə proqramının Layihə Əlaqələndirmə Bürosunun direktoru Yaşar Orucov, eləcə də TƏBİB-in struktur bölmələrinin rəhbərləri iştirak edib.
Görüşdə Qlobal Fond ilə əməkdaşlıq perspektivlərinin önəmi vurğulanıb və vərəmlə mübarizə üzrə fəaliyyət istiqamətləri müzakirə olunub.
Qeyd edilib ki, Qlobal Fond 2002-ci ildən başlayaraq dünyada QİÇS, vərəm və malyariya xəstəlikləri ilə mübarizədə ən əsas beynəlxalq maliyyə institutu kimi fəaliyyət göstərir və çoxtərəfli əməkdaşlıq prinsipinə əsaslanaraq dünyanın 140 ölkəsinə adıçəkilən xəstəliklərlə mübarizədə maliyyə yardımı göstərir. Fond 2005-ci ildən başlayaraq Azərbaycana da bu üç xəstəliklə mübarizədə maliyyə yardımı göstərir.
Görüşdə vərəmlə mübarizə üzrə ölkədəki cari vəziyyət, referans laboratoriyaların işinin optimallaşdırılması, vərəmlə mübarizənin vahid mərkəzdən idarə olunması, xəstəliyin erkən aşkarlanması tədbirlərinin gücləndirilməsi, vərəmlə mübarizə istiqamətində göstərilən tibbi xidmətlərin ardıcıllıq alqoritmləri, infeksion sistemin qurulması, zəruri avadanlıqların alınması üçün dəstəyin göstərilməsi məsələləri müzakirə olunub.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654