Damar xəstəliklərinin kontrastlı rentgenoloji müayinə üsulu olan angioqrafiya icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. Başın, ətrafların, ürəyin və digər orqan və nahiyələrin damarlarının angioqrafiyası damar patologiyalarının diaqnostikasında bütün mövcud üsullar arasında ən etibarlı və dəqiqidir. İnvaziv müayinə üsulu olan angioqrafiyanın köməyi ilə qan damarlarında stenoz (daralma), tıxanma, anevrizmalar, anadangəlmə damar anomaliyaları, damarların travmatik zədələnməsi və qan axınına mane olan digər patoloji halları aşkar etmək mümkündür. 2024-cü ildə icbari tibbi sığorta hesabına 50 806 angioqrafiya müayinəsi aparılıb.
Azmedinfo.az xəbər verir ki, əsasən yerli anesteziya ilə aparılan prosedur zamanı pasiyent demək olar ki, ağrı və narahatlıq hiss etmir. Müayinə olunan damara kontrast maddə yeridildikdən sonra rentgen, KT və ya MRT vasitəsilə damarlar monitorda görüntülənir.
Stenokardiya, miokard infarktı, ateroskleroz, anadangəlmə ürək-damar qüsurları kimi ürək xəstəliklərinin diaqnostikasında angioqrafiya qızıl standart hesab edilir. Angioqrafiya müayinəsi invaziv radioloq və ya invaziv kardioloq tərəfindən icra olunur. Müayinə üçün göndərişlər kardioloq və damar cərrahları, həmçinin nevroloq, neyrocərrah, onkoloqlar və digər mütəxəssislər tərəfindən verilir.
İnvaziv müayinə üsulu olmasına baxmayaraq angioqrafiya nisbətən təhlükəsiz prosedurdur. Prosedurdan sonra ağırlaşmanın baş vermə ehtimalı çox aşağıdır və bu risk 5%-i keçmir. Angioqrafiyada yod tərkibli kontrast maddələrdən istifadə olunur. Bu preparatlar allergik xüsusiyyətlərə malik olduğu üçün allergik reaksiyası olan insanlar müayinədən əvvəl bu barədə həkimə məlumat verməlidir.
Adətən angioqrafiya müayinəsindən 8-12 saat sonra pasiyent evə buraxılır.
Angioqrafiya zamanı invaziv müdaxilə önü müayinə və həkim konsultasiyası, anesteziya, reanimasiya və stasionarda yatış, dərman və tibbi sərf, istifadə edilən kontrast maddə icbari tibbi sığorta təminatına daxildir. Angiografiya müayinəsi tibbi göstərişlərə əsasən TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanası, Yeni Klinika, Kliniki Tibbi Mərkəz, Şirvan Şəhər Mərkəzi Xəstəxanası, Səhiyyə Nazirliyi yanında Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) aparılır.a
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654