2025-ci il aprelin 24-də Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının təşkilatçılığı ilə növbəti elmi vebinar keçirilib. Tədbir “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın iştirakçısı, Çin Xalq Respublikasının Nankin Tibbi Universitetinin doktorantı Səma Səmədlinin iştirakı ilə baş tutub.
Azmedinfo.az xəbər verir ki, elmi müzakirələr zamanı "Volfram sindromu: klinik təzahürlər, diaqnostika və müasir yanaşmalar" və "Qatlanmamış zülal reaksiyası: xəstəliklərdə rolu və müalicəvi perspektivlər" imövzularında ətrafında çıxışlar dinlənilib.
Səma Səmədli təqdimatında nadir genetik xəstəliklərdən olan Volfram sindromunun etiologiyası, irsi ötürülmə mexanizmi və erkən diaqnostikanın əhəmiyyəti barədə ətraflı məlumat verib. O, həmçinin genetik konsultasiyanın və molekulyar səviyyədə aparılan tədqiqatların bu sahədə perspektiv imkanlarından bəhs edib.
Digər təqdimatda isə qatlanmamış zülal reaksiyasının hüceyrədaxili homeostazın qorunmasında rolu və bu mexanizmin pozulmasının bir sıra neyrodegenerativ və metabolik xəstəliklərlə əlaqəsi diqqətə çatdırılıb.
Vebinar zamanı iştirakçılar tərəfindən çoxsaylı suallar verilib, fikir mübadiləsi aparılıb və aktual tədqiqat istiqamətləri ətrafında müzakirələr keçirilib.
Tədbirin ali təhsil və elmi mübadilə sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və gənc tədqiqatçıların elmi inkişafına dəstək baxımından əhəmiyyəti qiymətləndirilib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654