Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
07 Sentyabr 2026, Bazar ertəsi, 18:20
Əlaqə vasitələri
Bizimlə əlaqə
Abşeronda qanvermə aksiyası - Həyat qurtarmağa siz də qoşulun!
30 Aprel 2025
482
Abşeronda qanvermə aksiyası - Həyat qurtarmağa siz də qoşulun!

Mayın 2-də saat 09:00-da Abşeron Rayon İcra Hakimiyyəti, “Abşeron Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs və “Respublika Qan Bankı” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək.

 

Azmedinfo.az-a verillən məlumata görə, aksiya Abşeron Rayon Mərkəzi Xəstəxanasının binasında baş tutacaq. Tədbirin əsas məqsədi hemofiliya və talassemiya kimi irsi qan xəstəliklərindən əziyyət çəkən xəstələr üçün qan ehtiyatının artırılmasıdır.

 

Qanvermə aksiyasında iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsini təqdim etməklə tibb müəssisəsinə yaxınlaşa bilərlər.

 

Qan verək, həyat qurtaraq!

Ən çox oxunanlar