2024-cü ildə icbari tibbi sığorta hesabına plevral boşluqdan (ağciyər və döş qəfəsi divarının daxili səthi arasındakı nahiyə) artıq mayenin xaric edilməsi məqsədilə 5643 prosedur icra olunub.
Azmedinfo.az-a verilən məlumata əsasən plevral boşluqda yığılan mayenin diaqnostik və laborator müayinələri, drenajı, tibbi sərf (kateter) və anesteziya xidməti icbari tibbi sığorta təminatına daxildir.
Plevral boşluqda normada olan maye (10-20 ml) tənəffüs prosesində ağciyərlər və döş qəfəsinin daxili səthi arasında sürtünmənin qarşısını alır. Maye miqdarının eyni səviyyədə qalması plevra tərəfindən tənzimlənir. Lakin bir çox xəstəliklər zamanı plevra boşluğuna ifraz edilən maye miqdarının artması və ya sorulmasının ləngiməsi nəticəsində plevral mayenin artması müşahidə olunur. Çox miqdarda maye ağciyərləri sıxır və divararalığı orqanların yerdəyişməsi baş verir. Nəticədə təngnəfəslik, aşağı ətraflarda şişkinlik, sianoz (dərinin göyərməsi) və başqa simptomlar müşahidə edilə bilər.
Plevra boşluğunda mayenin yığılması pnevmoniya, vərəm, ürək xəstəlikləri, böyrək çatışmazlığı, qaraciyər sirrozu, bədxassəli törəmələr, poliorqan çatışmazlığı, ağciyər tromboemboliyası, həmçinin bəzi dərman preparatlarının yan təsirləri səbəbindən müşahidə oluna bilər.
Bu vəziyyətin diaqnostikası döş qəfəsinin rentgenoqrafiyası, ultrasəs müayinəsi və kompüter tomoqrafiyası əsasında aparılır. Plevral punksiya döş qəfəsində maye yığıldıqda tətbiq olunan və yerli anesteziya altında həyata keçirilən prosedurdur. Bu prosedur plevral maye həcmi 10 ml və daha çox olan, demək olar ki, bütün xəstələrdə, həmçinin ilk dəfə diaqnoz qoyulmuş və ya naməlum etiologiyalı xəstələrdə aparılır. Təxminən 15 dəqiqə davam edən prosedur zamanı pasiyent oturaq vəziyyətində olur.
Əgər ürək çatışmazlığı olan xəstədə döş qəfəsində ağrı, qızdırma və ya təngnəfəslik yoxdursa və maye hər iki tərəfdə simmetrik yığılmışsa, prosedura ehtiyac olmur, bu zaman dərman müalicəsi kifayətdir. Plevral punksiya həm diaqnostik (xəstəliyin səbəbinin təyin edilməsi), həm də müalicəvi məqsədlərlə icra edilə bilər. Alınan maye laborator müayinəyə göndərilir və nəticəyə uyğun müalicə başlanılır. Prosedurdan sonra pasiyentin tənəffüsü bərpa olunur və həyat keyfiyyəti yaxşılaşır.
Prosedur ərəfəsində spirtli içki və tütün məmulatlarından istifadə etməmək, fiziki aktivlikdən çəkinmək, qan durulaşdıran dərman preparatları qəbul etməmək, həddən artıq emosional gərginliyə yol verməmək tövsiyə olunur. Prosedurdan 8 saat əvvəl maye və qida qəbulunu dayandırmaq, tibbi göstəriş və həkim təyinatı ilə tələb olunan laborator analizləri vermək tövsiyə olunur.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654