Hər il 8 may tarixində Beynəlxalq Talassemiya Günü qeyd olunur. Bu günün məqsədi talassemiya xəstəliyindən əziyyət çəkən insanlara dəstək olmaq, ictimaiyyəti məlumatlandırmaq və bu irsi qan xəstəliyinə qarşı mübarizəyə diqqət çəkməkdir.
Azmedinfo.az çağırış edir ki, 8 may — həmrəylik, məlumatlanma və dəstək günündə hər birimiz talassemiya ilə yaşayan insanların səsini eşitməli və onların həyat keyfiyyətini artırmaq üçün üzərimizə düşəni etməliyik.
Talassemiya nədir?
Talassemiya — qanın əsas komponentlərindən olan hemoglobindəki zülal zəncirlərinin sintezində yaranan genetik pozuntudur. Bu xəstəlik zamanı orqanizm normal hemoglobin istehsal edə bilmir ki, bu da ağır qanazlığına (anemiyaya) səbəb olur. Hemoglobin çatışmazlığı oksigenin toxumalara daşınmasında problem yaradır və nəticədə xəstədə tez yorulma, dəri solğunluğu, böyümə ləngiməsi, sümük deformasiyaları və dalağın böyüməsi kimi əlamətlər müşahidə olunur.
Talassemiya əsasən iki formada müşahidə olunur:
Beta-talassemiya (Major və Minor)
Alfa-talassemiya
Ən ağır forma Beta-talassemiya major adlanır və adətən uşaq yaşlarında diaqnoz qoyulur. Bu tip xəstələr daim qan köçürülməsinə ehtiyac duyurlar.
Talassemiya daşıyıcılığı: Səssiz təhlükə
Talassemiya genetik keçişli olduğundan valideynlərdən övladlara ötürülür. Daşıyıcı valideynlərin özündə xəstəliyin heç bir əlaməti müşahidə olunmasa da, iki daşıyıcının övladı ağır talassemiya ilə doğula bilər. Bu səbəbdən evlilik öncəsi tibbi müayinələr və genetik məsləhət həyati əhəmiyyət daşıyır.
Talassemiyanın diaqnostikası və müalicəsi
Xəstəliyin diaqnozu xüsusi qan analizləri və molekulyar-genetik testlər vasitəsilə qoyulur. Talassemiyanın müalicəsində əsas yanaşma metodları bunlardır:
Müntəzəm qan köçürülməsi
Dəmirin orqanizmdən xaric edilməsi üçün çelasiya terapiyası
Sümük iliyi transplantasiyası (müalicəedici yeganə üsul)
Daimi qan köçürmələri zamanla orqanizmdə dəmir yığılmasına səbəb ola bilər. Bu isə ürək, qaraciyər və endokrin sistemdə ağırlaşmalara gətirib çıxarır. Odur ki, dəmirdən təmizləmə müalicəsi vacibdir.
Azərbaycanda talassemiya ilə mübarizə
Ölkəmizdə bu sahədə maarifləndirmə və profilaktika tədbirləri son illərdə xeyli genişlənmişdir. Talassemiya Mərkəzi bu sahədə ixtisaslaşmış qurum olaraq, xəstələrin diaqnozu, müalicəsi və nəzarəti ilə məşğuldur. Evlilikqabağı tibbi müayinələrin məcburi olması talassemiyanın erkən aşkarlanması və yayılmasının qarşısının alınması baxımından mühüm addımdır.
Talassemiya yalnız tibbi deyil, eyni zamanda sosial bir problemdir. Xəstələrin həyatda qalması və normal həyat sürdüyü bir cəmiyyət yaratmaq üçün:
Maarifləndirmə işləri genişlənməli
Evlilikqabağı müayinələrə ciddi yanaşılmalı
Donor qan bankları gücləndirilməli
Cəmiyyət bu xəstəlik haqqında daha çox məlumatlandırılmalıdır
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026786
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026754
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654