İşğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan dövləti tərəfindən digər sahələrlə yanaşı, tibb xidmətlərinin yüksək səviyyədə təşkili üçün də genişmiqyaslı işlər həyata keçirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə mayın 9-da açılışı olan Şuşa Müalicə-Sağlamlıq Mərkəzi bunun əyani göstəricisidir.
Azmedinfo.az xəbər verir ki Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyətinin Sənədlərlə iş şöbəsinin müdiri Cabir Muradov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin təməli 2021-ci ilin noyabrında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub. Altı korpusdan ibarət olan mərkəz 90 çarpayılıqdır. Burada terapiya, pediatriya, cərrahiyyə və digər şöbələr fəaliyyət göstərəcək. Mərkəzdə, həmçinin konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, klinik diaqnostik laboratoriya yaradılıb. Şuşa Müalicə-Sağlamlıq Mərkəzi müasir standartlara cavab verən tibbi avadanlıq, o cümlədən kompüter tomoqrafiyası, rəqəmsal teleskopik rentgen, rəqəmsal stasionar USM cihazları ilə təchiz olunub. Bunlar isə öz növbəsində Mərkəzə müraciət edənlərin müayinə və müalicəsini yüksək səviyyədə aparmağa geniş imkanlar yaradır.
Tibb ocağının ərazisində Gigiyena və Epidemiologiya Mərkəzi, hemodializ və digər korpuslar inşa olunub.
Şuşa Müalicə-Sağlamlıq Mərkəzi Şuşa şəhərində yaşayacaq əhalinin tibbi təminatı və sağlamlığının qorunması istiqamətində icra olunan sosial infrastruktur layihəsi kimi çox mühüm rol oynayır. Mərkəzin xidmətlərindən, eyni zamanda, ətraf şəhər və rayonların əhalisi də istifadə edə biləcək.
-
Azərbaycan Tibb Universiteti ilə Dünya Azərbaycanlı Alimlər Birliyi əməkdaşlığa başlayırƏn çox oxunanlar13 Aprel 2026308
-
Maternal sağlamlıq və hamiləlik ağırlaşmaları üzrə multidissiplinar konfrans keçiriləcəkƏn çox oxunanlar14 Aprel 2026278
-
Talassemiyasız həyat naminə könüllü qanvermə aksiyasıƏn çox oxunanlar14 Aprel 2026194
-
Körpələr evi işçilərinin əməkhaqları artırıldıƏn çox oxunanlar16 Aprel 2026164
-
Ana sağlamlığına və gələcəyə vurulan ağır zərbə - Selektiv abortƏn çox oxunanlar18 Aprel 2026162
-
Qida borusu və mədə xərçəngində Azərbaycan və Türkiyə həkimlərinin təcrübə mübadiləsi yeni mərhələ açırƏn çox oxunanlar20 Aprel 2026152
-
Endokrinoloq: Qan təzyiqini effektiv idarə etməyin ən rasional yolu təbii və balanslaşdırılmış qidalanmadırƏn çox oxunanlar13 Aprel 2026146
-
“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində könüllü qanvermə aksiyasıƏn çox oxunanlar17 Aprel 2026140
-
Gələcəyin sağlamlığını birlikdə quraq! - “Qadın Sağlamlığı Mərkəzi” İctimai BirliyiƏn çox oxunanlar15 Aprel 2026140
-
15 aprel – Ekoloji Bilik GünüdürƏn çox oxunanlar15 Aprel 2026136
-
AMEA-da ABŞ-ın qlobal səhiyyə təhlükəsizliyi üzrə nümayəndələri ilə görüşƏn çox oxunanlar16 Aprel 2026126
-
Leyla Əliyevanın təşəbbüsü ilə Albaniyada Xəstəxana Mərkəzinin pediatrik sedasiya otağı istifadəyə verilibƏn çox oxunanlar16 Aprel 2026124
-
Orqan donorluğu ilə bağlı növbəti maarifləndirici tədbirƏn çox oxunanlar14 Aprel 2026124
-
Akademik Zərifə xanım Əliyevanın anım günündə aksiyaƏn çox oxunanlar16 Aprel 2026120
-
Öd yolları və pankreas xəstəliklərində minimal invaziv inqilabi üsuldurƏn çox oxunanlar15 Aprel 2026120
-
Katarakta əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanırƏn çox oxunanlar17 Aprel 2026120
-
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilibƏn çox oxunanlar14 Aprel 2026106
-
17 Aprel – Ümumdünya Hemofiliya GünüƏn çox oxunanlar17 Aprel 2026102
-
Diabetin sonu? Çin alimləri hər şeyi dəyişə biləcək bir addım atdıƏn çox oxunanlar13 Aprel 202698
-
Səhər süfrəsinin qızıl qaydasıƏn çox oxunanlar17 Aprel 202694