Hipertoniya ilə mübarizə - Bərdə və ətraf rayonlarda pulsuz müayinələr və maarifləndirici tədbirlər
13 May 2025
666
Ümumdünya Hipertoniya Gününə həsr edilən “Hipertoniyaya nəzarət günləri: ilkin səhiyyədən ixtisaslı tibbi xidmətə” layihəsi çərçivəsində silsilə tədbirlər həyata keçiriləcək.
Azmedinfo.az xəbər verir ki, TƏBİB-in təşkilatçılığı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Regional İnkişaf İctimai Birliyi və Azərbaycan Kardiologiya Cəmiyyətinin dəstəyi ilə 17 May - Ümumdünya Hipertoniya Gününə həsr edilən “Hipertoniyaya nəzarət günləri: ilkin səhiyyədən ixtisaslı tibbi xidmətə” layihəsi çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Hipertoniyaya nəzarətin birinci şərti - erkən aşkarlanma, skrininqlərin aparılmasıdır. Bu məqsədlə Bərdə rayonunda icrası davam etdirilən ilkin tibbi-sanitariya yardımı üzrə pilot layihənin əsas komponentlərindən biri - skrininq proqramlarının icrası hipertoniya xəstəliyinin aşkarlanmasına həsr olunacaq. Belə ki, 14-16 may tarixləri çərçivəsində Bərdə rayonu və kəndlərində ailə həkimləri və həkim-kardioloqlarla birlikdə aktiv skrininqlərin aparılması nəzərdə tutulur.
Hipertoniyaya nəzarətin ikinci əsas şərti isə həkim-kardioloqlar tərəfindən düzgün müalicənin təyinidir. Skrininqlər zamanı aşkarlanmış, yaxud mövcud patologiyaların müalicəsi məqsədilə ixtisaslaşdırılmış müayinələrin aparılması, müalicələrin təyin olunması nəzərdə tutulur. Bununla bağlı olaraq, "TƏBİB-in İxtisas gündəliyi - 2025" proqramı çərçivəsində yerli mütəxəssislərlə yanaşı, Bakı və Sumqayıt şəhərlərində dövlət, özəl tibb müəssisələrində çalışan kardioloqlar tərəfindən ixtisaslaşdırılmış müayinə və müalicələr həyata keçiriləcək. İxtisaslaşmış müayinə və müalicələr 14 may Yevlax Rayon Mərkəzi Xəstəxanasında, 15-16 may Bərdə Rayon Mərkəzi Xəstəxanasında icra olunacaq.
Eyni zamanda Azərbaycan Kardiologiya Cəmiyyətinin TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə həyata keçirdiyi “Hədəf 130/80” adlı hipertenziya ilə mübarizə layihəsi çərçivəsində regionda çalışan ailə həkimləri, kardioloq və digər ixtisaslardan olan həkim-mütəxəssislərin iştirakı ilə “Hipertoniyaya nəzarətdə ailə həkiminin rolu” mövzusunda konfransın keçirilməsi nəzərdə tutulur.
Vətəndaşlar skrininq və ixtisaslaşmış müayinələrdən yararlanmaq üçün Bərdə, Yevlax, Mingəçevir, Tərtər, Ağdaşdakı tibb müəssisələrinin Qeydiyyat bölməsinə müraciət etməlidir.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026786
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026754
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654