Dövlət tibb müəssisələrində işləmək istəyən həkim və orta tibb işçiləri üçün işə qəbul prosesi tamamilə rəqəmsallaşdırılıb. Namizədlər Səhiyyə Nazirliyinin sehiyye.gov.az rəsmi internet saytında və ya kabinet.e-health.gov.az, eləcə də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) www.tabib.gov.az rəsmi internet saytında “Karyera” bölməsinə keçid edərək öz ixtisaslarına uyğun olan vakansiyaları görə, izləyə və ya seçə bilərlər.
Azmedinfo.az xəbər verir ki, TƏBİB-in məlumata görə, namizədlərin müraciətlərini asanlaşdırmaq məqsədilə qurumun rəsmi internet saytında da “Tibb müəssisələrinə həkim və orta tibb işçilərinin işə qəbulu” adlı alt bölmə yaradılıb. Saytda yuxarı hissədə görünən “Karyera” bölməsinə keçid etməklə, qeyd olunan alt bölməyə daxil olaraq buradan vakant yerlərlə tanış ola bilərlər.
Namizədlər buradan “Müəssisə” bölməsindən müraciət etmək istədiyi tibb müəssisəsini, “Vəzifə” bölməsindən isə tibb müəssisələrində həkim və orta tibb vəzifələri üzrə elan olunmuş vakansiyaları seçə bilərlər. Müraciət üçün “Müraciət et” düyməsini aktivləşdirmək yetərlidir.
“Bu zaman sistem sizi Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə yönləndirəcək və orada “Şəxsi kabinet” yaratmaqla, ilkin prosesə başlayacaqsınız. Yalnız bundan sonra siz uyğun vakansiyanı seçərək sənədlərinizi elektron şəkildə sistemə yükləyirsiniz və ərizəni təsdiqləyirsiniz. Bunun üçün sizə 15 iş günü vaxt verilir. Təqdim edilən sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, bu barədə namizədə bir iş günündən gec olmayaraq məlumat verilir. Namizəd həmin çatışmazlıqları ən geci 5 iş günü müddətində aradan qaldırmalıdır.
Sənədləriniz avtomatlaşdırılmış qaydada yoxlanılır. Bütün sənədlər qaydasındadırsa, müsahibəyə dəvət alırsınız.
Tibb müəssisələrinə işə qəbul olunmaq istəyən hər bir namizədin bilik və bacarıq səviyyəsinin, fərdi keyfiyyətlərinin iddia etdiyi vakant vəzifəyə uyğun olmasının müəyyən edilməsi məqsədilə müsahibə keçirilir. Müsahibələr Komissiyanın iştirakı ilə aparılır. Uyğun namizəd seçildikdə nəticə şəxsi kabinetinizə və e-mail ünvanınıza göndərilir”, - deyə məlumatda bildirilir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026786
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026754
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654