Mayın 13-də Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və qrupun üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşüblər.
Azmedinfo.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Akademik Əhliman Əmiraslanov qonaqları salamlayaraq bildirib ki, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi və şəxsi dostluq münasibətləri sayəsində ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələr uğurla inkişaf edir və möhkəmlənir. O, diqqətə çatdırıb ki, hazırda Türkiyə öz tarixinin gözəl dövrünü yaşayır. PKK terror təşkilatının özünü buraxdığını elan etməsi, Türkiyənin dünya siyasətində artan nüfuzu mühüm uğurlardır və Türkiyənin uğurları Azərbaycanı da sevindirir.
Əhliman Əmiraslanov türk dövlətlərinin qarşılıqlı əməkdaşlığından danışaraq, bu baxımdan Milli Məclisdə yeni yaradılmış Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətini yüksək qiymətləndirib, bu sahədə Türk Dövlətləri Təşkilatının əhəmiyyətini xüsusi vurğulayıb.
Yenidən Azərbaycanda olmaqdan məmnunluğunu bildirən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım dost və qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından danışıb. O, əlaqələrimizin gücləndirilməsində hər iki ölkənin dövlət başçılarının xüsusi rolunu qeyd edib.
Şamil Ayrım PKK terror təşkilatının özünü buraxdığını elan etməsi ilə Türkiyənin təxminən 50 illik bir dövrdə mübarizə apardığı terror bəlasının sona çatdığını qeyd edib. O, Türkiyə və Azərbaycanın bundan sonra da bölgədə birlikdə daha da güclənəcəyinə inamını ifadə edib.
Görüşdə Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) parlamentlərarası dostluq qrupunun rəhbəri Orhan Erdem, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan-ŞKTC parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Paşazadə, Milli Məclisin deputatı Eldar Quliyev, Doğu Akdeniz Universitetinin rektoru Hasan Kılıç, ŞKTC Prezidentinin siyasi işlər üzrə müşaviri Anıl Kaya türk dövlətləri arasında münasibətlərə dair fikirlərini bölüşüblər. Qonaqlar Azərbaycana bu səfər çərçivəsində ADA universitetində keçirdikləri görüşdən və universitetlə tanışlıqdan məmnunluqla danışıblar, təhsil sahəsində əməkdaşlığın, qarşılıqlı tələbə mübadiləsinin vacibliyini qeyd ediblər.
Görüşdə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Elm və təhsil komitəsinin sədr müavini Fariz İsmayılzadə, deputatlardan Əziz Ələkbərov, Qaya Məmmədov, Azər Allahverənov və digər rəsmi şəxslər iştirak ediblər.a
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026786
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026754
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654