Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş ənənəvi “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi baş tutub.
Azmedinfo.az xəbər verir ki, konqresdə dünyanın 20-dən çox ölkəsindən 400-ə yaxın yerli və əcnəbi mütəxəssis iştirak edib. Onlar arasında tanınmış kardioloq və kardiocərrahlar, həmçinin bir sıra elmi-tədqiqat mərkəzlərinin nümayəndələri yer alıblar. Konqresin əsas məqsədi ürək-damar xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsində əldə olunan son elmi yeniliklərin paylaşılması, habelə beynəlxalq təcrübə mübadiləsinin təşkili olub.
Tədbirin açılışında çıxış edən Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova fəxri oturumun moderatoru kimi konqresin önəmini vurğulayaraq bildirib: “Ürək-damar xəstəlikləri bu gün qlobal səhiyyənin qarşısında duran ən ciddi problemlərdən biridir. Bu sahədə beynəlxalq əməkdaşlıq və elmi yeniliklərin paylaşılması olduqca vacibdir. “Bakı Ürək Günləri” bu baxımdan unikal platformadır.”
Tədbirdə xüsusi qonaqlar qismində dünyanın ən məşhur ürək-damar mütəxəssislərindən Böyük Britaniyanın Oksford Universitetindən Prof. Dr. David Taggart və Yaponiyadan Prof. Dr. Şiqeyuki Ozaki iştirak ediblər.
Konqres çərçivəsində daha bir yenilik kimi, əməliyyatxanadan birbaşa canlı bağlantı ilə açıq ürək əməliyyatının gedişi nümayiş etdirilib. Bu təqdimat gənc həkimlər üçün həm tədris baxımından, həm də praktik biliklərin artırılması istiqamətində əhəmiyyətli addım kimi qiymətləndirilib.
Tədbir çərçivəsində həmçinin yerli mütəxəssislərin elmi çıxışları, poster təqdimatları və master-klasslar da təşkil olunub. Konqresin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.
“Bakı Ürək Günləri” beynəlxalq konqresi artıq 9 ildir ki, Azərbaycan tibb ictimaiyyəti ilə dünyanın aparıcı kardioloji cəmiyyətlərini bir araya gətirən mühüm bir platforma kimi fəaliyyət göstərir. Növbəti tədbirin 2026-cı ildə daha geniş formatda keçirilməsi planlaşdırılır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026784
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026752
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654