Bakıda Rusiya Federasiyası Səhiyyə Nazirliyinin İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı əlamətdar bir tədbirə ev sahibliyi etdi. Filialın 10 illik yubileyi çərçivəsində təşkil olunan beynəlxalq elmi-praktik konfrans "Qalxanabənzər vəzi xərçəngi və metabolik xəstəliklər: müasir yanaşma" mövzusuna həsr olundu.
Azmedinfio.az xəbər verir ki, tədbir İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının 10 illik yubileyinə həsr olunub və qalxanabənzər vəzi xəstəliklərinin müasir diaqnostika, müalicə üsulları üzrə elmi-praktik biliklərin paylaşılmasını, habelə bu sahədə mütəxəssislərin bilik və bacarıqlarının artırılmasını hədəfləyir.
Ümumi cərrah, onkoloq, endokrinoloq, radioloq və terapevtlərin iştirak etdikləri tədbiri açan Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının (Seçenov Universiteti) rektoru, Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş-boyun şişləri şöbəsinin aparıcı cərrah-onkoloqu, professor Əziz Əliyev son illərdə filialın böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb. “Bizim universitet 2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı və birinci xanım, Seçenov Universitetinin fəxri professoru Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Universitetimiz ən müasir avadanlıqlarla təchiz olunub, 30-dan çox xəstəxana ilə əməkdaşlıq edir. Tələbələrimiz bu xəstəxanalarda təlim keçirlər. Universitetimizdə 720 tələbə və 109 rezident oxuyur, professor-müəllim heyəti Moskvadan gəlir”, - deyə rektor bildirib.Onun sözlərinə görə, Tədris-Simulyasiya Mərkəzində Seçenov və Azərbaycan Tibb universitetlərinin tələbələri üçün praktik vərdişlərin tədrisi və akkreditasiya aparılır. “Seçenov Universitetinin Tədris-Simulyasiya Mərkəzi Avropa Simulyasiya Tədrisi sertifikatı alıb və biz fəxr edirik ki, keçən ildən Qarabağ İqtisadi Zonasında əhaliyə və yerli həkimlərə təlimlər keçiririk”, - deyə Əziz Əliyev əlavə edib.
Professor, həmçinin deyib: “14 may tarixində MDB iştirakçı dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən mənə Düşənbə şəhərində “Birlik Ulduzları” mükafatı təqdim olunub. Bu mükafat mənə “Elm və təhsil sahəsində misilsiz töhfə və nailiyyətlərə görə” verilib. Bu mükafata əlavə olaraq 2 milyon rubl məbləğində pul da verildi. Zalda bütün MDB ölkələrinin nümayəndələri iştirak edirdi və mən xüsusilə vurğulamaq istəyirəm ki, məni orada çıxışa dəvət edəndə bəyan etdim: bu mükafatı Qarabağın Dirçəlişi Fonduna yönəltmək qərarına gəlmişəm. Əlbəttə, bu, dövlətimizin gördüyü böyük işlərlə müqayisədə dənizdə bir damladır, lakin bu, mənim üçün böyük bir şərəfdir. Mən bu sözləri deyərkən Vətənimlə, rəhbərimlə – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə qürur duyuram. Çünki bu sözləri səsləndirmək imkanını bizə məhz onun rəhbərliyi altında qəhrəman ordumuzun Qarabağ bölgəsini azad etməsi təmin etmişdir. Bu gün biz əminliklə deyə bilərik: Qarabağ Azərbaycandır! Bu bölgə sürətlə yenidən dirçəlir. Məhz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva kimi rəhbərlərimiz sayəsində biz öz Vətənimizlə qürur duyuruq – necə inkişaf edib, necə müasir bir dövlətə çevrilib Azərbaycan.
Ali Baş Komandanımızın rəhbərliyi və qəhrəman ordumuzun rəşadəti nəticəsində biz torpaqlarımızı geri qaytardıq və bu gün başıuca, fəxrlə gəzirik”.
Mayami Xərçəng Araşdırma Mərkəzinin qurucu prezidenti və baş icraçı direktoru professor Seza Ali Güleç çıxışında qalxanabənzər vəzi xərçənginin müalicəsi tarixinə nəzər salıb. O, bir neçə il bundan öncə bu xəstəlik haqqında əhəmiyyətli bir araşdırmaya toxunaraq bütün tiroid xərçənginin yüksək xüsusiyyətlərə malik olduğunu bildirib. Professor risk altında olanların müalicəsinin əvvəllər düşündüyümüz qədər asan olmadığını vurğulayıb.
Tiroid xərçənginin müasir cərrahi müalicəsi haqqında prezentasiya ilə çıxış edən professor Əziz Əliyev əməliyyatın əsas məqsədinin ətrafdakı strukturlara minimal ziyan vurma riski ilə şişin tamamilə çıxarılması olduğunu diqqətə çatdırıb. O, Azərbaycanda ən çox rast gəlinən xərçəng xəstəliklərinin kişilər arasında ağciyər, mədə xərçəngləri, qadınlar arasında isə süd vəzi, kolon və qalxanabənzər vəzi xərçəngləri olduğunu qeyd edib.
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Endokrinologiya Klinikasının direktoru professor Valentin Fadeyev düyünlü zobun ilkin diaqnostika konsepsiyasında dəyişikliklər haqqında prezentasiya ilə çıxış edib.
Daha sonra Milli Onkologiya Mərkəzi Nüvə təbabəti və radionuklid terapiya bölməsinin rəhbəri tibb üzrə fəlsəfə doktoru Fuad Novruzov “Yod neqativ metastatik tiroid xərçəngində diğər radioliqand müalicə taktikaları”, Berlin Sağlamlıq İnstitutunda bioinformatik Burulca Uluvar “Radioaktiv yod teranostikasının molekulyar əsasları”, İsveç Karolinska İnstitutunun və Universitet Xəstəxanasının kardiologiya üzrə professoru professor Françesko Kosentino “Diabet və ürək-damar xəstəlikləri: kardioloqun baxış bucağından problemlər və çətinliklər” mövzularında çıxış ediblər.
Tədbirdə metabolik xəstəliklər və tiroid şişlərinin meydana gəlməsi arasındakı əlaqəni nəzərdən keçirərək xəstələrin müalicəsinə vahid bir yanaşma tətbiq olunması ətrafında müzakirələr aparılıb.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026784
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026752
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654