TƏBİB və partnyorları regionlarda hipertoniyaya qarşı birgə mübarizə aparır
20 May 2025
580
TƏBİB-in təşkilatçılığı, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, “Regional İnkişaf” İctimai Birliyi və Azərbaycan Kardiologiya Cəmiyyətinin dəstəyi ilə Ümumdünya Hipertoniya Gününə həsr edilən “Hipertoniyaya nəzarət günləri: İlkin səhiyyədən ixtisaslı tibbi xidmətə” layihəsi icra olunub. Layihə çərçivəsində Bərdə, Yevlax, Mingəçevir, Tərtər və Ağdaş rayonlarının vətəndaşları üçün tibbi xidmətlər təşkil edilib.
Azmedinfo.az-a verilən məlumata görə, ümumilikdə, 1 400-dən çox vətəndaşa kardioloq, terapevt, nevroloq və uroloq həkimlər tərəfindən 8 000-ə yaxın tibbi xidmət göstərilib. Bölgədə yaşayan həssas əhali qrupuna daxil olan müharibə iştirakçıları və şəhid ailələrinin üzvləri də tibbi müayinələrə cəlb olunub.
Eyni zamanda Azərbaycan Kardiologiya Cəmiyyətinin TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və “Regional İnkişaf” İctimai Birliyi ilə birlikdə həyata keçirdiyi “Hədəf 130/80” adlı hipertenziya ilə mübarizə layihəsi çərçivəsində regionda çalışan ailə həkimləri, kardioloq və digər ixtisaslardan olan həkim-mütəxəssislərin iştirakı ilə “Hipertoniyaya nəzarətdə ailə həkiminin rolu” mövzusunda konfrans keçirilib.
Konfransın açılış mərasimi Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov, TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin rəhbəri Rəşad Çobanlı, İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin Mingəçevir filialının rəhbəri Adil Həsənov, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin Müraciətlərlə iş şöbəsinin müdiri Babək Tatlıyev, Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Ülvi Mirzoyevin çıxışları ilə yadda qalıb.
Sonda layihədə uğurla iştirak edən həkim-mütəxəssislər TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun adından təşəkkürnamə ilə təltif ediliblər.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026784
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026752
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654