Yeni Klinikada elmi-praktik konfransda piylənmənin fəsadları və sağlam həyat tərzi müzakirə olunub
26 May 2025
612
TƏBİB, “Sağlamlığın Qorunması” İctimai Birliyi və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Yeni Klinikada “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda elmi-praktik konfrans keçirilib.
Azmedinfo.az xəbər verir ki, tədbir “Sağlam addımlar: artıq çəkiyə son” layihəsinin tərkib hissəsi olaraq reallaşıb.
Konfransın məqsədi piylənmənin sağlamlığa təsiri, qarşısının alınması yolları və sağlam həyat tərzinin təbliği barədə ictimai maarifləndirmənin gücləndirilməsi olub.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin anılması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Açılışda “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, layihə rəhbəri, t.e.d. Yazgül Abdıyeva birliyin həyata keçirdiyi maarifləndirmə tədbirləri barədə məlumat verib. O, Prezident İlham Əliyevin səhiyyə sahəsində apardığı islahatlara toxunaraq, müharibə dövründən sonra belə tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Millət vəkili, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, t.e.d. Rəşad Mahmudov isə piylənmənin ciddi sağlamlıq riskləri yaratdığını bildirərək, müvafiq klinik protokollarla bağlı fikirlərini bölüşüb.
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov qurumun bu istiqamətdə həyata keçirdiyi maarifləndirici və müalicəvi tədbirlərə diqqət çəkib. O bildirib ki, artıq çəkinin idarə olunması ictimai səhiyyə baxımından da prioritet istiqamətlərdəndir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri, professor Hikmət İbrahimli piylənmənin profilaktikası istiqamətində aparılan elmi və praktiki işlərin tibbi sığorta sistemində də prioritet istiqamətlərdən olduğunu və bu mövzuda beynəlxalq təcrübələrin öyrənilməsinin vacibliyini vurğulayıb.
Yeni Klinikanın direktoru Barat Yusubov konfransın aktuallığını vurğulayaraq, sağlam həyat tərzinin təbliğinin tibb mütəxəssislərinin gündəlik fəaliyyətinə inteqrasiya olunmasının vacibliyini diqqətə çatdırıb.
Konfransda Milli Oftalmologiya Mərkəzi və digər tibb müəssisələrinin nümayəndələri də çıxış edərək piylənmənin fəsadları, profilaktikası və qarşısının alınmasında vahid yanaşmaların vacibliyindən danışıblar.
Tədbir çərçivəsində Türkiyədən dəvət olunmuş mütəxəssislər – sağlam qidalanma üzrə dr. Ender Saraç, ailə məsləhətçisi Mehtap Şafak, ailə dizimi mütəxəssisi Kader Bekmezci Demiralp və digər yerli və xarici iştirakçılar müxtəlif təqdimatlarla çıxış ediblər.
Çıxışlarda artıq çəkinin ürək-damar, endokrin, psixoloji və sosial aspektlərinə toxunulub, düzgün qidalanma, nəfəs texnikaları və həyat tərzi dəyişiklikləri barədə tövsiyələr səsləndirilib. Tədbirin sonunda sual-cavab sessiyası və fikir mübadiləsi aparılıb.
Konfransda 385-dən çox iştirakçı yer alıb. Tədbir çərçivəsində iştirakçılara sertifikatlar təqdim olunub, qonaqlara isə təşəkkürnamələr verilib.
Yeni Klinika
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654