“Gəlin orqanlarımızı həyat bəxş etmək üçün bağışlayaq” – Tələbələr arasında təşəbbüs genişlənir
26 May 2025
2142
Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti maarifləndirici tədbir Azərbaycan Tibb Universitetində baş tutub. Tədbirdə universitetin müxtəlif fakültələrindən olan tələbələr iştirak ediblər.
Azmedinfo.az mərkəzin məlumatına istinadən yazır ki, tədbiri universitetin II Müalicə-profilaktika fakültəsinin dekanı İsrail Məhərrəmbəyli açaraq bu kimi təşəbbüslərin gənclərin məlumatlandırılması baxımından əhəmiyyətini vurğulayıb.
Daha sonra Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova beyin ölümü anlayışı ilə bağlı təqdimatla çıxış edib. Y. Abbasova qeyd edib ki, beyin ölümü diaqnozu təsdiqləndikdən sonra müəyyən gözləmə müddətləri nəzərdə tutulur: “Əgər pasiyent uşaqdırsa, 24 saat gözlənilməlidir; böyüklərdə bu müddət 12 saatdır. Əgər beyin zədələnməsi ikinci dərəcəlidirsə, 24 saat gözlənilir, çünki müəyyən dəyişikliklər mümkündür.”
Daha sonra çıxış edən cərrah-transplantoloq, Səhiyyə Nazirliyinin transplantasiya üzrə mütəxəssis eksperti Mircəlal Kazımi orqan donorluğunun vacibliyinə diqqət çəkib və bu prosesin həm tibbi, həm də insani baxımdan əhəmiyyətini vurğulayıb:
“Bəzən ehtiyacımız olmayan əşyaları başqasına veririk, çünki onların daha çox ehtiyacı olur. Eləcə də orqanlarımız - biz bu dünyanı tərk etdikdən sonra onlara artıq ehtiyacımız qalmır. Gəlin bu orqanları ehtiyacı olanlara bağışlayaq. Heç kim təminat verə bilməz ki, gələcəkdə biz orqan çatışmazlığı ilə üzləşməyəcəyik.”
Tədbirdə çıxış edən Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin həkim-koordinatoru Mehriban Əliyeva donor olmaq üçün əsas meyarlar, dünya ölkələrinin bu sahədəki təcrübələri və transplantasiya nəticəsində insanların həyatında baş verən dəyişikliklər barədə ətraflı məlumat verib.
Tədbir tələbələrin sualları ilə davam edib. Ardınca ölümündən sonra orqanlarını bağışlamaq istəyən tələbələr rəsmi razılıq ərizəsini imzalayıblar.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654