2025-ci ilin may ayında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun (ETPİ) mütəxəssisləri bir sıra beynəlxalq tədbirlərdə fəal iştirak ediblər.
Dubayda beynəlxalq elmi təqdimat
Azmedinfo.az xəbər verir ki, 15–19 may 2025-ci il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 9-cu Beynəlxalq Tibb və Sağlamlıq Elmləri Konfransında ETPİ-nin həkim mütəxəssisləri Nuranə Hüseynova və Tükəz Məmmədova onlayn formatda çıxış ediblər. İnstitutun direktoru dosent Aynur Poluxova, elmi katib dosent Sevinc Nəsirova və həkim Nuranə Hüseynova tərəfindən “Rubinstein-Taybi syndrome in a child with Floating Harbor syndrome” mövzusunda elmi tədqiqat təqdim olunub.
Qırğızıstanda beynəlxalq konqres və təltif
23–24 may tarixlərində Qırğızıstan Respublikasının Bişkek şəhərində “Mamalıq-ginekologiya, pediatriya və uşaq cərrahiyyəsi sahəsində innovasiyalar” mövzusunda keçirilən beynəlxalq konqresdə ETPİ-nin direktoru dosent Aynur Poluxova açılış nitqi ilə çıxış edib, konfrans iştirakçılarına uğurlar arzulayıb. Konqres çərçivəsində institutun həkimi Gülnaz Ağayeva məruzəçi qismində çıxış edib, eləcə də ETPİ tərəfindən beş elmi məqalə təqdim olunub. Qarşılıqlı əməkdaşlığın göstəricisi kimi Aynur Poluxova Qırğızıstan Respublikası tərəfindən “АК НИЕТ ЭМГЕГИ УЧУН” (“Fədakar və səmimi əməyə görə”) medalı ilə təltif olunub.
Naxçıvanda beynəlxalq konfransa hazırlıq
29–30 may 2025-ci il tarixlərində Naxçıvan Dövlət Universiteti Tibb Fakültəsinin 25 illik yubileyinə həsr olunmuş “Cərrahi və mama-ginekoloji problemlərə multidissiplinar yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Tədbirdə ETPİ-nin 9 həkim mütəxəssisi neonatologiya sahəsində aktual problemlərin elmi müzakirəsinə dair müxtəlif mövzularda çıxış edəcəklər. Eyni zamanda mütəxəssislərin xəstə baxışlarında iştirakı da nəzərdə tutulub.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654