Ana südü – Həyatın ilk və ən güclü peyvəndi!
Ana südü körpə üçün ən ideal və təbii qida mənbəyidir. Tərkibindəki zülallar, yağlar, karbohidratlar, anticisimlər və hormonlar körpənin inkişafı, immun sistemi və beyin funksiyalarının formalaşması üçün əvəzolunmaz rol oynayır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsinə əsasən, körpələr ilk 6 ay ərzində yalnız ana südü ilə qidalanmalı, daha sonra isə 2 yaş və daha uzun müddətə qədər əlavə qidalarla birlikdə davam etdirilməlidir.
Azmedinfo.az olaraq anaların və uşaqların sağlamlığının qorunması naminə, ana südünün təbliğini davam etdirir və hər bir ananı körpəsini sağlam gələcəyə doğru süd ilə bəsləməyə təşviq edirik!
Ana südünün faydaları:
- İmmuniteti gücləndirir: Ana südü körpəni infeksiyalardan qoruyan anticisimlərlə zəngindir.
- Zehni inkişafı dəstəkləyir: Süddəki yağ turşuları beyin inkişafında mühüm rol oynayır.
- Xroniki xəstəlik riskini azaldır: Alergiya, piylənmə, şəkərli diabet və astma kimi xəstəliklərin qarşısının alınmasında effektivdir.
- Anaya da faydalıdır: Südvermə uşaqlıq qanamasını azaldır, doğuşdan sonrakı depressiyanın qarşısını alır və döş xərçəngi riskini aşağı salır.
Tibb mütəxəssislərinin tövsiyəsi:
Qadın məsləhətxanaları, doğum evləri və uşaq poliklinikaları hamiləlik dövründən etibarən analara düzgün qidalanma, südvermə texnikası və südün saxlanma qaydaları barədə ətraflı məlumat verməlidir. Hər bir tibb işçisi – pediatr, mama-ginekoloq və tibb bacısı – bu prosesdə maarifləndirici rola sahibdir.
Diqqət! Ana südünü əvəz edən məhsulların tez-tez və səbəbsiz yerə istifadəsi körpənin sağlamlığına mənfi təsir göstərə bilər. İstisna hallarda (məsələn, süd ifrazının tam olmaması və ya bəzi xəstəliklər) yalnız mütəxəssis məsləhəti ilə alternativlərə keçmək tövsiyə olunur.
Səhiyyə sektorunun rolu
Səhiyyə müəssisələri ana südünün təşviqi istiqamətində həm hamilə qadınlara, həm də yeni doğan körpələrin valideynlərinə maarifləndirici seminarlar, məlumat vərəqələri və həkim məsləhətləri təqdim etməlidir. Bu istiqamətdə hər il qeyd olunan Ana Südü ilə Qidalandırma Həftəsi mühüm fürsətə çevrilir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654