Səhiyyə Nazirliyi, TƏBİB, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Avrasiya Uşaq Həkimləri Federasiyası, Azərbaycan Tibb Universiteti, Bioloji Təbabət integrativ Müalicə Mərkəzi və K.Y.Fərəcova adına Pediatriya Elmi-Tədqiqat İnstitutunun təşkilati dəstəyi, Azərbaycan Pediatrlar Assosiasiyasının təşkilatçılığı ilə “Autizmli uşaqlarda diaqnostika, müalicə və reabilitasiya proseslərində multidisiplinar və kompleks yanaşma” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Azmedinfo.az xəbər verir ki, Azərbaycan Tibb Universitetində təşkil olunan tədbir Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayıb. Sonra konfrans iştirakçıları autizmli uşaqların daxili dünyasını əks etdirən və böyük həssaslıqla ərsəyə gətirilmiş rəsmlərdən ibarət sərgi ilə tanış olublar.
Konfransda Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin inteqrativ və funksional tibb mütəxəssisi Dr. Lalə Nəsirova “Autizm spektrumda neyrometabolik funksiya əksikliyinə inteqrativ yanaşma” mövzusunda məruzə edərək neyrometabolik balansın bərpasının erkən müdaxilədəki rolunu və fərdi müalicə modellərinin əhəmiyyətini vurğulayıb. O, çıxışında müasir elmi yanaşmaların tətbiqi ilə autizmli uşaqların inkişaf potensialının artırılmasının mümkünlüyünü diqqətə çatdırıb.
Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, ATU-nun II Uşaq Xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə “Neyroinkişaf pozuntusu olan uşaqların hüquq və ləyaqəti. Həkim-xəstə münasibətləri” mövzusunda məruzəsində ölkə üzrə autizm xəstələrinin statistik göstəricilərini diqqətə çatdırıb. Alim çıxışında onların müalicə prosesində sosial dəstəyin gücləndirilməsinin və müasir müalicə üsullarının geniş tətbiqinin vacibliyini xüsusi vurğulayıb.
T.Tağı-zadə Assosiasiyanın bu sahədə davamlı fəaliyyətindən bəhs edərək, mütəxəssislər üçün seminar və təlimlər, həmçinin ictimaiyyətin məlumatlandırılması üçün maarifləndirmə tədbirləri təşkil edildiyini qeyd edib. Valideynlərə və ailələrə yönəlmiş psixoloji və hüquqi dəstək proqramları hazırlandığını, autizimli uşaqlarının inkişaf və müalicə prosesində aktiv iştirakına şərait yaradıldığını bildirib. Eyni zamanda, Assosiasiyanın autizm spektrumlu uşaqların hüquqlarının qorunması və cəmiyyətdə qəbulunun artırılması istiqamətində layihələr həyata keçirdiyini diqqətə çatdırıb.
Beynəlxlq konfrans çıxışlarla davam edib. “Liv Bona Dea Hospital”ın həkimi Dr. Zöhrə Həşimova “Fiziki inkişaf geriliyi ilə gedən xəstələrdə reabilitasiyanın rolu” mövzusunda məruzəsində erkən reabilitasiya tədbirlərinin uşaqların motor və psixoemosional inkişafına müsbət təsirini vurğulayıb. O, kompleks yanaşmanın funksional bərpanın sürətləndirilməsində əsas amil olduğunu qeyd edib.
“Medi Club”ın həkim-nevroloqu Dr. Ülviyyə Quliyeva “Autizm nevroloji xəstələrdə” mövzusunda çıxış edərək autizmin mərkəzi sinir sisteminin fəaliyyəti ilə əlaqəli mexanizmlərinə toxunub. Məruzəsində nevroloji nəzarətin və fərdi diaqnostik yanaşmanın müalicə strategiyasının düzgün qurulmasında önəmini bildirib.
Tibb üzrə fəlsəfə doktoru Dr. Könül Həziyeva “Autizm spektrum pozuntusunun genetik və epigenetik qüsurları” mövzusunda məruzəsində irsi faktorların xəstəliyin formalaşmasındakı rolunu və ətraf mühit təsirlərinin gen ifadəsinə təsir mexanizmlərini izah edib. O, elmi araşdırmaların nəticələri əsasında risk qruplarının erkən müəyyənləşdirilməsinin vacibliyini diqqətə çatdırıb.
ANDOP (Nutriciologiya, Dietologiya və Piylənmənin Profilaktiyası Akademiyası) təlimçisi, diyetoloq Dr. Emil Hidayətli “Neyroiltihabın yaranmasında qidanın rolu” mövzusunda çıxışında sağlam və balanslı qidalanmanın beyin sağlamlığının qorunmasında və iltihabi proseslərin qarşısının alınmasında həlledici əhəmiyyət daşıdığını bildirib.
5 nömrəli uşaq poliklinikasının həkimi Dr. Leyla Əfəndiyeva “Sağ beyin funksional əksikliyində baş verən psixiatrik patologiyalara inteqrativ yanaşma” mövzusunda məruzəsində kompleks tibbi və psixoloji müdaxilələrin effektliyinə diqqət çəkib.
Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkim-nevroloqu Dr. Xədicə Xankişiyeva “Nevroloji xəstəliklərdə inteqrativ təbabətin rolu” mövzusunda çıxışında müasir tibbin alternativ və klassik üsullarla vəhdətinin müalicə nəticələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını qeyd edib.
Konfransın növbəti panelində İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin professoru Dr. Murat Hökelek “Autizmdə mikrobiota və infeksiyalar” mövzusunda çıxış edərək bağırsaq florasının beyin fəaliyyəti ilə əlaqəsini və infeksiyaların autizmin gedişinə təsir mexanizmlərini elmi əsaslarla izah edib.
“DEPAN AKADEMİ”nin qurucusu Dr. Kemal Avcı “Autizmdə autoimmun və mikrobiotaya yönəlmiş strategiyalar” mövzusunda məruzəsində kompleks müalicə yanaşmalarının immun sisteminin balanslaşdırılmasında və fərdi terapevtik planların qurulmasında rolunu vurğulayıb.
Qüsusuz Nitq Psixologiya Mərkəzinin mütəxəssisi Afaq Rzayeva "Düzgün qidalanma ilə zehni sağlamlığa açilan yol", Tandem Ailəyə Dəstək Mərkəzindən Gülnar Cabbarova "ASP uşaqlarda inteqrativ yanaşmada mütəxəssis əməkdaşlığının gücü", "Baby Shark Ergoterapiya Klinikası"ndan Dr. Gülsənəm Ağamuradova "Autizm spektr pozuntusunda osteopatiyanın rolu" və həmin klinikanın həkimi Dr. Tamella Cəfərova "Autizm spektr pozuntusunda duyu inteqrasiyasından funksional iştirakadǝk: Ergoterapiya baxış bucağı" mövzularında təqdimatla çıxış ediblər. Təqdimatlarda autizm spektrum pozuntusunda sağlam qidalanmanın zehni inkişafın təməl sütunlarından biri olduğu, osteopatiya və ergoterapiya kimi müasir reabilitasiya yanaşmalarının uşağın gündəlik həyat fəaliyyətlərinə adaptasiyasını gücləndirdiyi elmi təhlillərlə diqqətə çatdırılıb. Bununla yanaşı, psixoloq, həkim və terapiya mütəxəssisləri arasında sıx əməkdaşlığın fərdi və kompleks müalicə modelinin formalaşmasında əvəzedilməz rol oynadığı bildirilib.
Təqdimatlardan sonra müzakirə sessiyasında iştirakçılar çıxışlarda səsləndirilən fikirləri ətrafında suallar ünvanlayıb, öz təcrübə və müşahidələrini bölüşüblər. Müasir yanaşmaların praktikada tətbiqi imkanları və problemləri barədə geniş fikir mübadiləsi aparıblar.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026764
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026732
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650