Ana südü ilə qidalanma həyatın ən erkən mərhələlərində uşağın sağlamlığını, inkişafını və sağ qalmasını təmin etməyin ən effektli yollarından biridir. O, diareya və pnevmoniya kimi xəstəliklərdən qoruyan ilk peyvənd rolunu oynayır.
Azmedinfo.az xəbər verir ki, “Ana südü ilə qidalanma həftəsi”ndə Ümumdünya Səhiyyə Təşkilatının icraçı direktoru Tedros Adhanom Qebreyesus və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) icraçı direktoru Katrin Rassel birgə bəyanat yayıblar.
Bəyanatda deyilir ki, ana südü ilə qidalanma üçün investisiya ayırmaq gələcəyə sərmayə qoymaq deməkdir. Bu gün yaşı altı aya qədər olan körpələrin yalnız 48%-i ana südü ilə qidalanır. Bu, ÜST-nin qarşıya qoyduğu 2030-cu ilə qədər 60 %-lik hədəfindən xeyli aşağıdır. Mütəxəssislər bunu gənc anaların, tibb işçilərinin və səhiyyə sistemlərinin üzləşdiyi ümumi çətinliklərlə əlaqələndirirlər.
Belə ki, dünyada milyonlarla ana ən çox ehtiyac duyduqları vaxt səhiyyə müəssisələrində vaxtında və keyfiyyətli yardım ala bilmir. Ölkələrin yalnız 1/5-i yeni doğulan analara qulluq edən həkim və tibb bacılarına körpə və erkən uşaqlıq problemləri üzrə vacib təlimlər keçirir. Bu o deməkdir ki, dünya üzrə əksər analar körpələrini necə əmizdirmək və digər qidalarla qidalandırmağa nə zaman keçirilməsi barədə lazımi məsləhətlər almadan xəstəxanaları tərk edirlər.
Yatırılan hər bir dolların 35 ABŞ dolları iqtisadi fayda gətirməsinə baxmayaraq, ana südü ilə qidalanmanın dəstəklənməsinə qoyulan investisiyalar kritik dərəcədə aşağı səviyyədə qalır.
Bu il “Ana südü ilə qidalanmanın prioritetləri: dayanıqlı dəstək sistemlərinin qurulması” devizi altında keçirilən “Ana südü ilə qidalanma həftəsi”ndə ÜST və UNICEF hökumətləri, səhiyyə liderlərini və tərəfdaşları körpələri yüksək keyfiyyətli ana südü ilə qidalandırmaq üçün sərmayə qoymağa çağırır.
""Ana südü ilə qidalanmanı dəstəkləmək üçün səhiyyə sistemlərinin gücləndirilməsi təkcə ictimai səhiyyənin vacibliyi deyil, həm mənəvi, həm də iqtisadi cəhətdən mühüm şərtdir. ÜST və UNICEF hər zaman olduğu kimi, heç bir ana və uşağı diqqətdən kənarda qoymayan dayanıqlı səhiyyə sistemləri qurmaq üçün ölkələri dəstəkləmək məramında sadiqdirlər" – deyə, adıçəkilən Bəyanatda diqqətə çatdırılır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654