Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
06 İyun 2026, Şənbə, 11:04
Əlaqə vasitələri
Bizimlə əlaqə
Nadir xəstəliklər: Şəxsi təcrübəmiz mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək
13 Aprel 2025
526
Nadir xəstəliklər: Şəxsi təcrübəmiz mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda 16 aprel 2025-ci il tarixində Nadir Xəstəliklər çərçivəsində Nadir xəstəliklər: Şəxsi təcrübəmiz mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
 
Azmedinfo.az xəbər verir ki, konfransda beynəlxalq kriteriyalara əsasən institutda rast gəlinən müxtəlif nadir xəstəliklər haqqında ixtisaslaşmış və müxtəlif profilli həkim-mütəxəssislərin çıxışları olacaq. Çıxışlar əsasında həkimlər arasında təcrübə mübadiləsi aparılacaq, nadir xəstəliklərin diaqnostikasında rast gəlinən çətinliklər, bu xəstəlikdən əziyyət çəkən pasiyentlərin diaqnostik müalicəsi və sosial-psixoloji adaptasiyasının təşkilinə zəmin yaradacaq müzakirələr baş tutacaq.
 
Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə əməkdaşlıq edən ölkələrin qabaqcıl mütəxəssislərin məruzələri dinləniləcək, qarşılıqlı fikir mübadiləsi aparılacaq.
Konfranasın keçirilməsində məqsəd nadir xəstəliklərə diqqəti cəlb etmək, nadir xəstəlikləri olan şəxslər və onların ailələri üçün müalicə və tibbi təminat imkanlarını artırmaqdan ibarətdir.
Ən çox oxunanlar