Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son açıqlamasına görə, bu gün dünyada təxminən 2,2 milyard insan hələ də təhlükəsiz içməli suya çıxış imkanından məhrumdur. Həyati resurs kimi suya tələbat artdıqca problem daha da kəskinləşir və qlobal gündəmin əsas mövzularından birinə çevrilir.
Azmedinfo.az xəbər verir ki, BMT-nin məlumatına əsasən, Stokholmda avqustun 28-dək davam edəcək 35-ci Ümumdünya Su Həftəsi “İqlim fəaliyyəti üçün su” devizi altında keçirilir. Tədbirin məqsədi – su ilə iqlim dəyişikliyi arasındakı sıx əlaqəyə diqqət çəkməkdir.
Təhlükəsiz içməli suya çıxış yalnız insanların sağlamlığı üçün deyil, həm də sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi, ərzaq istehsalı və ekosistemlərin qorunması baxımından həyati əhəmiyyət daşıyır. Su təchizatının möhkəmləndirilməsi getdikcə qızmarlaşan dünyada iqlim dəyişikliyinə uyğunlaşma səylərinin də əsas istiqamətinə çevrilir.
Suya çıxış imkanlarının yaxşılaşdırılması xüsusilə dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrdə (LLDC) icmalar üçün yeni sosial-iqtisadi imkanlar yaradır.
Avqustun 26-da BMT-nin su və kanalizasiya sahəsində fəaliyyətini əlaqələndirən “UN-Water” strukturu Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq “hamı üçün təhlükəsiz su və sanitariya” hədəfi istiqamətində əldə edilən təcrübələri bölüşmək üçün müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirəcək. Sessiyada Butan, Ruanda və Səudiyyə Ərəbistanının bu sahədə əldə etdiyi uğurlar nümunə kimi təqdim olunacaq.
Tədbirin açılışında vurğulanıb ki, təhlükəsiz su və sanitariya xidmətlərinin olmaması insanların sağlamlığına, rifahına və ləyaqətinə ciddi mənfi təsir göstərir. Bu vəziyyət xüsusilə qadınlar və qızlar üçün daha böyük çətinliklər yaradır. Çirklənmiş su və sanitariya problemləri isə yoxsulluqla mübarizə, eləcə də yoluxucu xəstəliklərin qarşısının alınması istiqamətində aparılan səyləri zəiflədir.
Konfransın daha bir sessiyasında su-kanalizasiya təminatında maliyyələşmə problemləri müzakirə ediləcək. “UN-Water” və tərəfdaş qurumlar donorlar və digər əsas tərəfdaşlarla birgə innovativ maliyyələşdirmə mexanizmlərini araşdıraraq mövcud boşluqları doldurmağa çalışacaqlar. Məqsəd – su təchizatının daha davamlı və hər kəs üçün əlçatan olmasıdır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654