Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
07 Sentyabr 2026, Bazar ertəsi, 15:53
Əlaqə vasitələri
Bizimlə əlaqə
ÜST-nin Afrika üzrə Regional Komitəsinin 76-cı sessiyası keçirilir - Beynəlxalq səhiyyə əməkdaşlığına töfə
26 Avqust 2026
172
ÜST-nin Afrika üzrə Regional Komitəsinin 76-cı sessiyası keçirilir - Beynəlxalq səhiyyə əməkdaşlığına töfə

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika üzrə Regional Komitəsinin 76-cı sessiyası 25–28 avqust 2026-cı il tarixlərində Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilir.

Azmedinfo.az ÜST-nin məlumatına istinadən yazılr ki, sessiyada ÜST-nin Afrika regionuna daxil olan 47 üzv dövlətin səhiyyə nazirləri və yüksək vəzifəli nümayəndələri iştirak edir. Görüş çərçivəsində regionda əhalinin sağlamlığının yaxşılaşdırılmasına yönəlmiş səhiyyə siyasətləri, strategiyalar və fəaliyyət planlarının müzakirəsi və təsdiqlənməsi nəzərdə tutulur.

Sessiyanın əsas gündəliyində Afrika ölkələrinin qarşılaşdığı səhiyyə problemlərinə regional səviyyədə cavab tədbirlərinin gücləndirilməsi, səhiyyə sistemlərinin dayanıqlılığının artırılması və əhalinin tibbi xidmətlərə çıxış imkanlarının yaxşılaşdırılması kimi məsələlərin müzakirəsi dayanır.

ÜST-nin Afrika üzrə Regional Komitəsinin toplantıları region ölkələri arasında səhiyyə sahəsində əməkdaşlığın gücləndirilməsi və ümumi prioritetlərin müəyyənləşdirilməsi baxımından mühüm platforma hesab olunur.

Sessiyada qəbul ediləcək qərarlar yalnız Afrika qitəsi üçün deyil, qlobal səhiyyə gündəliyi üçün də mühüm əhəmiyyət daşıyır. Müxtəlif ölkələrin birgə təcrübə və səylərinin birləşməsi daha sağlam və təhlükəsiz gələcək naminə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcək.

Ən çox oxunanlar