Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
24 İyul 2026, Cümə, 04:07
Əlaqə vasitələri
Bizimlə əlaqə
ÜST rəsmisi: “Tibbi Rəqəmsal Əkiz Sistemi” operativ səhiyyə mühiti yaradacaq
03 İyun 2026
310
ÜST rəsmisi: “Tibbi Rəqəmsal Əkiz Sistemi” operativ səhiyyə mühiti yaradacaq

Azərbaycanın rəqəmsal səhiyyə sahəsində əldə etdiyi nailiyyətlər təsadüfən baş verməyib. Bu, Azərbaycan Hökumətinin səhiyyə xidmətini hər bir vətəndaş üçün daha yaxşı vəziyyətə gətirmək yönündəki məqsədyönlü və davamlı siyasi sadiqliyini əks etdirir.

 

Azmedinfo.az xəbər verir ki, bu fikirləri “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdimatı zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional direktorunun xüsusi nümayəndəsi Robb Batler deyib.

O qeyd edib ki, “Tibbi Rəqəmsal Əkiz Sistemi” müasir səhiyyənin əsas problemlərini həll etməyi hədəfləyir və operativ səhiyyə mühiti yaradacaq.

“Sistem şəxsi sağlamlıq məlumatlarını, həkim müayinələrini vahid platformada birləşdirərək pasiyentin ehtiyaclarına qarşı daha məlumatlı və operativ cavab verən səhiyyə sistemi yaradacaq”, - deyə Robb Batler diqqətə çatdırıb.

Ən çox oxunanlar