Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
24 Noyabr 2026, Çərşənbə axşamı, 01:10
Əlaqə vasitələri
Bizimlə əlaqə
ÜST Azərbaycan və AzerMDS gənclərin səhiyyə təşəbbüslərində iştirakını genişləndirməyi müzakirə edib
05 Noyabr 2026
356
ÜST Azərbaycan və AzerMDS gənclərin səhiyyə təşəbbüslərində iştirakını genişləndirməyi müzakirə edib

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ilə AzerMDS arasında əməkdaşlığın genişləndirilməsi və gənclərin səhiyyə təşəbbüslərində fəal iştirakının təşviqi istiqamətində müzakirələr aparılıb.

Azmedinfo.az xəbər verir ki, ÜST-nin Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı AzerMDS-in təmsilçiləri ilə görüşərək birgə fəaliyyət imkanlarını, gənc liderlərin səhiyyə ilə bağlı təşəbbüslərə cəlb olunmasını və onların qərarların formalaşdırılması prosesində iştirakının artırılmasını müzakirə edib.

Görüşdə vurğulanıb ki, gənclər yalnız gələcəyin liderləri deyil, həm də bu gün sağlamlıq və rifah sahəsində həyata keçirilən təşəbbüslərin mühüm tərəfdaşlarıdır. Bu baxımdan onların fikir və təkliflərinin nəzərə alınması, liderlik potensialının dəstəklənməsi və öz nəslini narahat edən problemlərin həllində iştirakına şərait yaradılması xüsusi əhəmiyyət daşıyır.

Tərəflər mümkün birgə fəaliyyət istiqamətlərini, əməkdaşlığın daha sistemli şəkildə qurulmasını və ÜST ilə AzerMDS arasında Anlaşma Memorandumunun imzalanması perspektivlərini də nəzərdən keçiriblər.

ÜST gənclərin sağlamlıq və rifahla bağlı qərarların qəbulunda fəal iştirakını dəstəkləməklə daha inklüziv və səmərəli təşəbbüslərin həyata keçirilməsini hədəfləyir. Görüşdə bir daha diqqətə çatdırılıb ki, gənclərlə bağlı qərarların hazırlanması və təşəbbüslərin formalaşdırılması prosesində onların özlərinin iştirakı təmin edilməlidir.

Ən çox oxunanlar