Vaksinasiyaya etimadın artırılması üçün tibb işçilərinin kommunikasiya bacarıqları gücləndirilir
05 İyun 2026
370
ÜST Avropa Regional Bürosu tərəfindən “Tibb işçilərinin vaksinasiyaya dair kommunikasiya təlimi” mövzusunda vebinar keçirilib.
Azmedinfo.az-a verilən məlumata görə, vebinarda ÜST/Avropa tərəfindən hazırlanmış vaksinasiyaya dair kommunikasiya üzrə təlim paketi təqdim olunub, həmçinin Üzv Dövlətlər arasında tibb işçilərinin kommunikasiya bacarıqlarının gücləndirilməsi üzrə praktiki təcrübə mübadiləsi üçün platforma yaradılıb.
Azərbaycanda 2024–2025-ci illərdə həyata keçirilmiş vaksinasiyaya dair kommunikasiya təliminin qiymətləndirilməsi üzrə tədqiqatın əsas nəticələri də təqdim olunmuşdur. Nəticələr tibb işçilərinin bilik, inam və kommunikasiya bacarıqlarında, eləcə də valideynlərin təcrübəsi və vaksinasiyanın qəbulunda müsbət dəyişiklikləri göstərmişdir. Bu, bir daha təsdiqləyir ki, kommunikasiyaya yönəlmiş bacarıqların gücləndirilməsi effektiv immunizasiya proqramlarının əsas sütunlarından biridir.
Azərbaycan, İtaliya, Macarıstan və Rumıniya nümayəndələri vaksinasiya kommunikasiyasının tibbi tədris proqramlarına inteqrasiyası üzrə təcrübələrini bölüşmüşlər. Azərbaycan Tibb Universitetinin Tibb və Sağlamlıq Elmləri Təhsili kafedrasının baş müəllimi Dr. Samira Məmmədovaya ölkənin təcrübəsini təqdim etdiyinə görə səmimi təşəkkürümüzü bildiririk.
Eyni zamanda, Avropanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (ECDC) vaksinasiya kommunikasiyası üzrə təhsil portalını təqdim edib.
Vebinar ÜST-nin Avropa Regionunun bütün 53 Üzv Dövlətindən 400-dən çox iştirakçını - immunizasiya proqramlarının rəhbərlərini, ilkin səhiyyə və ictimai səhiyyə qurumlarını, akademik və tədris müəssisələrini, ÜST ofislərini, ECDC və digər tərəfdaşları bir araya gətirib.
Tibb işçiləri Avropa Regionunda vaksinlə bağlı ən etibarlı məlumat mənbəyi olaraq qalır. Onların empatiya ilə dinləmək, narahatlıqları cavablandırmaq və etimad qurmaq bacarıqlarının gücləndirilməsi vaksinlərə etimadın artırılması, vaksin əhatəsinin yüksəldilməsi və immunizasiya proqramlarının dayanıqlığının təmin edilməsi üçün vacibdir
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261014
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026758
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026726
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650