2019–2025-ci illər ərzində 10 ölkə insanlarda taun xəstəliyinə şübhəli yoluxma halları barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) məlumat verib. ÜST-nin hesabatına görə, bu ölkələrin altısında yoluxma halları təsdiqlənib.
Azmedinfo.az təşkilatı məlumatına istinadən yazır ki, hesabat dövründə ÜST ümumilikdə 3 847 şübhəli taun yoluxması və 423 ölüm halı barədə məlumat alıb. Ölüm göstəricisi 11 faiz təşkil edib.
ÜST eyni zamanda vəba ilə bağlı vəziyyətin də pisləşdiyini açıqlayıb. Bildirilib ki, 2025-ci ildə vəbadan ölüm halları əvvəlki illə müqayisədə 30 faiz artıb. Dünyada qeydə alınan bütün vəba yoluxmalarının və ölüm hallarının təxminən 90 faizi Anqola, Banqladeş, Konqo Demokratik Respublikası, Nigeriya, Cənubi Sudan, Sudan və Yəmənin payına düşür.
Vəbanın ən böyük yükü ÜST-nin Afrika regionunda qeydə alınıb. Burada 2024-cü illə müqayisədə yoluxma halları 34 faiz, ölüm halları isə 58 faiz artıb.
Hesabatda vəbaya qarşı peroral peyvəndlərin istehsalında ciddi artımın olduğu da vurğulanıb. Belə ki, 2022–2025-ci illər ərzində dünyada bu peyvəndlərin illik istehsalı iki dəfədən çox artaraq təxminən 30 milyon dozadan 80 milyon dozaya yüksəlib. ÜST bu artımın peyvəndlərin əlçatanlığını əhəmiyyətli dərəcədə yaxşılaşdırdığını bildirib.
Bakterial meningit də Seneqaldan Efiopiyaya qədər uzanan və mütəmadi epidemiyaların baş verdiyi ölkələr üçün ciddi problem olaraq qalır. 2025-ci ildə regionun 26 ölkəsindən 24-ü ÜST-yə bakterial meningit üzrə 21 526 ehtimal edilən yoluxma və 971 ölüm halı barədə məlumat verib. Bu göstərici 4,5 faizlik ölüm nisbətinə uyğundur.
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 20261162
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 2026732
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 2026724
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 2026626
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026620
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026616
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026616
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026604
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 2026570
-
Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdirƏn çox oxunanlar13 Oktyabr 2026554
-
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?Ən çox oxunanlar13 Oktyabr 2026552
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 2026546
-
Quranda hicab əmri varmı?Ən çox oxunanlar12 Oktyabr 2026544
-
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcəkƏn çox oxunanlar13 Oktyabr 2026494
-
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində uğurlu nəticələr əldə edilirƏn çox oxunanlar13 Oktyabr 2026486
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026434
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 2026432
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026412
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026344
-
Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradırƏn çox oxunanlar12 Oktyabr 2026314