Alannahın möcüzəsi - Altı orqanla yenidən doğuluş
21 Fevral 2025
760
2008-ci ildə, cəmi beş yaşında olan amerikalı Alannah güclü qızdırma keçirdi, sürətlə arıqladı və eyni zamanda qarın nahiyəsində şişkinlik əmələ gəldi.
Azmedinfo.az körpənin həyat hekayəsini təqdim edir:
Həkimlər onda nadir rast gəlinən sarkoma növü aşkar etdilər. Şiş sürətlə müxtəlif orqanlara yayılırdı. Onu çıxarmaq üçün iki dəfə cərrahi əməliyyat aparılsa da, bu mümkün olmadı. Kimyaterapiya da gözlənilən nəticəni vermədi.
Şiş Alannahın qarın boşluğunda böyüyərək ona ciddi ağrılar verirdi, yemək yeməsini çətinləşdirir və bədənində maye yığılmasına səbəb olurdu. Yeganə çıxış yolu orqan nəqli idi. Bu, onun həyatını xilas etmək üçün son şans idi. Alannah əməliyyat üçün il yarımdan çox gözləmə siyahısında qaldı.
Bu, adi transplantasiya deyildi. Qıza birdəfəyə altı orqan—mədə, qaraciyər, dalaq, nazik bağırsaq, mədəaltı vəzi və qismən qida borusu köçürülməli idi. Həkimlər ailəyə xəbərdarlıq etmişdilər ki, əməliyyatın uğurla başa çatma ehtimalı cəmi 50 faizdir. Amma başqa seçim yox idi, əks halda, Alannah yaşaya bilməzdi.
Nəhayət, uyğun donor tapıldı və həkimlər əməliyyata başladılar. Əməliyyatın ən çətin hissəsi şişlə birlikdə bütün zədələnmiş orqanları çıxarmaq idi. Bu, tibbdə indiyə qədər həyata keçirilmiş ən genişmiqyaslı şiş çıxarma əməliyyatlarından biri hesab olunurdu. Həkimlər əməliyyatı uğurla icra etdilər. Bütün zədələnmiş orqanlar çıxarıldı və onların yerinə eyni yaş və çəkidə olan donorun sağlam orqanları köçürüldü.
Əməliyyatdan sonra Alannah üç ay xəstəxanada qaldı. Bu müddətdə o, müxtəlif infeksiyalar və ağırlaşmalarla mübarizə apardı. Lakin güclü iradəsi və həkimlərin fədakarlığı sayəsində o, sağalmağa başladı. Nəhayət, həkimlər onun evə buraxılmasına icazə verdilər.
Əməliyyatdan sonra aktiv həyata qayıdan Alannah sevincini jurnalistlərlə də bölüşdü. O dedi ki, yenidən xizək sürə, qardan adam düzəldə, sevimli albomları üzərində işləyə və nənəsi ilə zarafat edə bilir.
Alannahın hekayəsi orqan bağışlamanın nə qədər həyati əhəmiyyətli olduğunu bir daha vurğulayır. Donorluq insan həyatını xilas edən ən əvəzsiz və qiymətli hədiyyədir.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654