Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin sədri, Liv BonaDea Hospitalın şöbə müdiri Altay Əliyevin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş layihəsi çərçivəsində videomüsahibəsi yayımlanıb.
Azmedinfo.az xəbər verir ki, Altay Əliyev “Konstitusiya və Suverenlik İli”nin noyabr ayı hər bir azərbaycanlıya ürəkləri riqqətə gətirən məğrurluq və iftixar hissələri yaşadır - deyə diqqətə çatdırıb. 5 il bundan öncə 44 günlük Vətən müharibəsində qazandığımız qələbəyə həsr olunmuş əlamətdar bayram günləriylə başlayan bu ayda Zəfər Günü ilə bərabər Dövlət Bayrağı Gününü, müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu ildönümünü qeyd edirik. Böyük qürur hissi ilə yaşadığımız bu ay biz onkoloq həkimlər üçün başqa bir səbəblə də yaddaqalandır. Belə ki, noyabr ayı bütün dünyada Ağciyər Xərçəngi Maarifləndirmə Ayı kimi qeyd olunur.
Danılmaz faktdır ki, bu Ali Qanunumuz özünün 39-cu və 41-ci maddələri ilə hər bir ölkə vətəndaşına sağlam ətraf mühitdə yaşamaq, habelə sağlamlığının qorunması hüquqlarını verir.
Cəmiyyətin sədri vurğulayıb ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanan “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunları, Onkoloji yardım haqqında Azərbaycan Respublikasının Qanunu və digər rəsmi sənədlər dövlətimizin səhiyyə siyasətinin ən parlaq inikasıdır.
Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyəti ölkəmizin dayanıqlı səhiyyə siyasətini rəhbər tutaraq müasir tibb elminin çağırışları ilə səsləşən araşdırmalar aparır, habelə xərçəng xəstəliyi ilə mübarizə aparan həmvətənlərimizə dəstək olmaq, onkoloji xəstəliklərin müalicəsində həkim və tədqiqatçılarımızın əldə etdikləri nailiyyətləri beynəlxalq akademik platformalarda tanıtmaq, yüksəkixtisaslı gənc kadrların yetişməsinə davamlı töhfələr vermək naminə yorulmaz fəaliyyət göstərir.
Hər bir Azərbaycan vətəndaşını Konstitusiyanın qəbul edilməsinin 30-cu və Şanlı Zəfərin 5-ci ildönümü münasibətilə təbrik edir, onlara sağlam ətraf mühitdə sağlam həyat yaşamağı arzulayırıq.
Müsahibənin geniş videoyazısını buradan izləyə bilərsiniz.
-
Mədə xərçəngi ilə mübarizə - Maarifləndirmə aksiyası davam edirƏn çox oxunanlar28 Oktyabr 20261054
-
Tələbələrə reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması mövzusunda geniş məlumat verilibƏn çox oxunanlar28 Oktyabr 20261038
-
Azərbaycanda xərçəngin bu növü ölüm hallarına görə ikinci yerdədir - Üç günlük aksiya başa çatdıƏn çox oxunanlar29 Oktyabr 20261038
-
Yeniyetmənin mədə-bağırsağından saç kütləsi çıxarıldıƏn çox oxunanlar28 Oktyabr 20261032
-
29 oktyabr – Ümumdünya insultla mübarizə günüƏn çox oxunanlar29 Oktyabr 2026916
-
Kardiologiya İnstitutunda yeni rezidentlər təqdim olunub, elmi-praktik təqdimat keçirilibƏn çox oxunanlar28 Oktyabr 2026912
-
Uşaq makiyaj süngərini uddu, bağırsağının bir hissəsi çıxarıldıƏn çox oxunanlar31 Oktyabr 2026886
-
Şiə təriqət deyilƏn çox oxunanlar28 Oktyabr 2026884
-
Sığorta qarşılayır deyə hər müayinəni etdirmək vacibdirmi? - Professor müraciət etdiƏn çox oxunanlar31 Oktyabr 2026872
-
Bu ilin yanvar-sentyabr aylarında narkomaniya ilə bağlı 6247 cinayət faktı aşkarlanıbƏn çox oxunanlar01 Noyabr 2026858
-
Xroniki qəbizlikdən əziyyət çəkən 10 yaşlı uşağa mürəkkəb cərrahi əməliyyat icra olunubƏn çox oxunanlar01 Noyabr 2026850
-
Həkim sidikdə zülalın hansı hallarda təhlükəli olduğunu açıqlayıbƏn çox oxunanlar01 Noyabr 2026850
-
Diabetin idarə olunmasında texnologiyanın rolu artırƏn çox oxunanlar30 Oktyabr 2026830
-
Əhli-Beytin elmi irsinin oğurlanması və müəlliflik hüququnun mənimsənilməsiƏn çox oxunanlar02 Noyabr 2026778
-
Mirzə Ələkbər Sabirin "Fəxriyyə"si: bir xalqin özünə tutduğu güzgüƏn çox oxunanlar31 Oktyabr 2026774
-
Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdurƏn çox oxunanlar02 Noyabr 2026750
-
Şəhid ailəsinin vaxtından əvvəl doğulmuş əkiz körpələri sağlamlıqlarına qovuşubƏn çox oxunanlar02 Noyabr 2026746
-
Rezidentlərin nəzəri bilikləri klinik təcrübə ilə möhkəmləndirilibƏn çox oxunanlar31 Oktyabr 2026724
-
Azərbaycanda ilk donor ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” keçirilirƏn çox oxunanlar01 Noyabr 2026714
-
Endokrinoloq menopauza dövründə hormonal plastırların faydaları və mümkün risklərindən danışdıƏn çox oxunanlar02 Noyabr 2026710