Fiziki aktivlik insan sağlamlığının qorunmasında mühüm rol oynayan əsas amillərdən biridir. Müasir dövrdə bu sahənin əhəmiyyəti daha da artır. Mövzunun aktuallığını nəzərə alaraq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Fidan Piriyeva ilə fiziki aktivliyin orqanizmə təsiri, hamiləlik dövründə rolu və nevroloji xəstəliklərdə reabilitasiya imkanları barədə danışıb.
Azmedinfo.az fiziki aktivliyin insan sağlamlığına fundamental təsirlərindən, hamiləlik dövründəki mühüm rolundan və nevroloji xəstəliklər zamanı müasir reabilitasiya imkanlarından bəhs edən geniş müsahibəni oxucularına təqdim edir.
– Fiziki aktivliyin insan orqanizmi üçün nə kimi müsbət təsirləri var?
– Fiziki aktivlik gündəlik həyatımızda skelet əzələlərinin iştirakı ilə həyata keçirilən, ürək-damar və tənəffüs sistemlərinin fəaliyyətini gücləndirən və enerji sərfi ilə müşayiət olunan hərəkətlərdir. Onun həm fiziki sağlamlıq, həm də emosional durum üçün böyük əhəmiyyəti var. Fiziki aktivlik ürək-damar sisteminin işini tənzimləyir, damarlarda durğunluğu azaldır, tənəffüs funksiyalarını və qan dövranını yaxşılaşdırır, infarkt, insult və yüksək təzyiq riskini azaldır. Eyni zamanda əzələ və sümük sistemini möhkəmləndirir, yaşla əlaqədar yaranan sümük-qığırdaq deformasiyalarının qarşısını alır, maddələr mübadiləsini stimullaşdırır, immuniteti gücləndirir. Həzm və ifrazat sistemlərinə müsbət təsir edərək piylənmənin qarşısını alır. Bununla yanaşı, diqqət və yaddaşı gücləndirir, stress və narahatlığı azaldır, depressiya riskini aşağı salır və ümumi əhval-ruhiyyəni yaxşılaşdırır.
– Hamiləlik zamanı fiziki aktivliyin rolu varmı?
– Bəli, hamiləlik dövründə fiziki aktivlik həm ananın, həm də dölün sağlamlığı üçün xüsusi əhəmiyyət daşıyır. Bu, anada bel ağrılarının qarşısını alır, qan dövranını yaxşılaşdırır, hamiləliyin daha rahat keçməsinə kömək edir, çəki artımını tənzimləyir, ödemin və damar problemlərinin qarşısını alır, çanaq əzələlərini möhkəmləndirir. Həmçinin həyəcanı azaldaraq hamiləlik və zahılıq depressiyasının qarşısını alır və ananı psixoloji cəhətdən doğuşa hazırlayır. Eyni zamanda dölün qan dövranını yaxşılaşdırır və inkişafını stimullaşdırır. Lakin hər bir hamilə qadın fiziki aktivliyə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşməlidir.
– Nevroloji xəstəliklərdə fiziki reabilitasiyanın məqsədi nədir?
– Nevroloji xəstəliklərdən sonra insanlarda müxtəlif funksiyaların itməsi müşahidə oluna bilər. Bu zaman reabilitasiya tədbirləri həmin funksiyaların bərpasına yönəldilir. Fiziki reabilitasiya hərəkət, balans, koordinasiya, nitq, udma, yeriş və müvazinətin bərpasına, əzələ tonusunun normallaşdırılmasına, deformasiyaların qarşısının alınmasına və ağrının azaldılmasına xidmət edir. Məqsəd sinir sistemi zədələnməsi nəticəsində yaranan funksional pozğunluqları azaltmaq və xəstənin mümkün qədər müstəqil həyat sürməsinə kömək etməkdir.
Bu reabilitasiya insult, beyin və onurğa beyni zədələri, Parkinson xəstəliyi, uşaq serebral iflici və periferik sinir zədələri zamanı geniş tətbiq olunur. Xüsusi məşqlər vasitəsilə əzələlərin gücü artırılır, hərəkət amplitudası bərpa edilir və xəstənin gündəlik fəaliyyətləri yenidən yerinə yetirməsi təmin olunur. Eyni zamanda balans və koordinasiya məşqləri yıxılma riskini azaldır. Reabilitasiya yalnız fiziki deyil, psixoloji baxımdan da faydalıdır, motivasiyanı artırır və depressiya riskini azaldır.
– Hansı xəstələrdə reabilitasiyadan istifadə olunmur?
– Bəzi hallarda reabilitasiya qəti əks göstərişdir. Bunlara kəskin iltihabi və infeksion xəstəliklər, yüksək hərarət, irinli proseslər, travmaların erkən mərhələləri, yeni sınıqlar, bağ və vətər qopmaları, kəskin ürək çatışmazlığı, yeni baş vermiş miokard infarktı, ağır aritmiyalar, arterial təzyiqin kəskin dəyişməsi, qanda şəkərin kəskin artması, beyin qan dövranının kəskin pozulması, qanaxmalar, tromboz və tromboemboliya riskləri, tənəffüs çatışmazlığı və psixi xəstəliklərin kəskinləşmə dövrü daxildir. Bu hallarda qərarı mütləq fizioterapevt və reabilitoloq verməlidir.
– Ev şəraitində fiziki aktiv olmaq mümkündürmü?
– Bəli, bu həm mümkündür, həm də effektivdir. İdman zalına getmədən də aktiv qalmaq olar. Aktiv məişət fəaliyyəti ilə yanaşı, evdə yoqa, pilates, nəfəs məşqləri, yüngül fiziki hərəkətlər və rəqs kimi fəaliyyətlər həyata keçirilə bilər. Əsas şərt məşqlərin düzgün və davamlı şəkildə yerinə yetirilməsidir.
– Fiziki aktivliyin azalması uşaqların sağlamlığına və akademik uğurlarına necə təsir edir?
– Uşaqlarda fiziki aktivliyin azalması artıq çəki və piylənmə riskini artırır, əzələ və sümük inkişafını zəiflədir, onurğa problemlərinə səbəb olur. Eyni zamanda ürək-damar sistemi zəifləyir, tez yorulma və tez-tez xəstələnmə halları müşahidə olunur. Bu, diqqət və yaddaşın zəifləməsinə, öyrənmə çətinliklərinə, yuxu pozğunluqlarına və emosional problemlərə səbəb olur. Nəticədə akademik göstəricilər də aşağı düşür. Müntəzəm fiziki aktivlik isə uşaqlarda həm diqqətin cəmlənməsinə, həm də öyrənmə bacarıqlarının inkişafına müsbət təsir göstərir.
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 20261162
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 2026732
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 2026724
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 2026626
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026620
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026616
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026616
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026604
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 2026570
-
Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdirƏn çox oxunanlar13 Oktyabr 2026554
-
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?Ən çox oxunanlar13 Oktyabr 2026552
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 2026546
-
Quranda hicab əmri varmı?Ən çox oxunanlar12 Oktyabr 2026544
-
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcəkƏn çox oxunanlar13 Oktyabr 2026494
-
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində uğurlu nəticələr əldə edilirƏn çox oxunanlar13 Oktyabr 2026486
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026434
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 2026432
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026412
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026344
-
Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradırƏn çox oxunanlar12 Oktyabr 2026314