Həkim uşaqlarda gecikdirilmiş qarın ağrılarının risklərini açıqladı
08 May 2026
550
ATU-nun Tədris Cərrahiyyə Klinikasının uşaq cərrahiyyəsi şöbəsinin müdiri Hikmət Alşanov uşaqlarda kəskin cərrahi patologiyalar və onların vaxtında aşkarlanmasının əhəmiyyəti barədə danışıb.
Azmedinfo.az xəbər verir ki, həkimin sözlərinə görə, klinikada anadangəlmə inkişaf qüsurları ilə yanaşı, təcili cərrahi yardım tələb edən kəskin qarın sindromu ilə müraciət edən uşaqlara da tez-tez rast gəlinir. Bu vəziyyət ciddi diqqət tələb edən patoloji hal hesab olunur. O bildirib ki, qarın ağrısı olan uşaqlar pediatr və infeksionistlər tərəfindən mütləq qiymətləndirilməli və zəruri hallarda uşaq cərrahına yönləndirilməlidir. Gecikmiş diaqnozlar cərrahi müdaxilənin çətinləşməsinə və ağırlaşma risklərinin artmasına səbəb ola bilər.
Hikmət Alşanov qeyd edib ki, xüsusilə kəskin respirator virus infeksiyalarından sonra qan vasitəsilə yayılan infeksiya fonunda kəskin appendisit halları daha çox müşahidə olunur. Bu tip hallara hətta iki aylıq körpələrdə belə rast gəlinə bilər.
Mütəxəssis vurğulayıb ki, ultrasəs müayinəsi ilə yanaşı, uşaqların vaxtında uşaq cərrahına göstərilməsi vacibdir. Əks halda gecikmiş hallarda yayılmış peritonit, əməliyyatın uzanması, bitişmə və bağırsaq keçməzliyi kimi ağırlaşmalar yarana bilər.
Onun sözlərinə görə, Tədris Cərrahiyyə Klinikasında kəskin appendisit hallarında əsasən laparoskopik üsula üstünlük verilir. Bu yanaşma daha az travmatikdir və ağırlaşma riskini minimuma endirir.
Bildirilib ki, əməliyyatlar ümumi anesteziya altında icra olunur və gecikmiş hallarda belə laparoskopik müdaxilə tətbiq edilir ki, sonrakı ağırlaşmaların qarşısı alınsın.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261014
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026758
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026726
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650