Profilaktik tədbirlər və diş sağlamlığına diqqət bütün orqanizmin uzunmüddətli sağlamlığının açarıdır.
Azmedinfo.az Səhiyyə Naziriyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin həkim-stomatoloqu Əliheydər Kazımovun müsahibəsini təqdim edir:
- Əliheydər müəllim, diş xəstəlikləri yaranma səbəbləri haqqında məlumat verərdiniz...
- Bildiyiniz kimi, hər il fevralın 9-u dünyada diş həkimləri və stomatoloqların bayramı - Beynəlxalq Stomatoloq Günü qeyd edilir. Beynəlxalq günün qeyd edilməsində əsas məqsəd diş sağlamlığı və ağız boşluğu problemləri haqqında qlobal maarifləndirmə aparmaqdır.
Qeyd etmək istəyirəm ki, diş xəstəlikləri fərqli səbəblərdən yarana bilər. Diş çürüklərinin (karies) əsas səbəbi şəkərli qidalar və qeyri-düzgün ağız gigiyenasıdır. Dişəti xəstəlikləri (gingivit və periodontit) diş ətlərində şişkinlik, qanaxma və ağrı ilə müşayiət olunur. Diş mina problemləri, turşulu içkilər, qəhvə və digər kofeinli içkilərin qəbulu, habelə dişlərin yanlış üsulla fırçalaması diş minasının zədələnməsi, dişlərin həssaslığı, soyuq, isti və ya şirin qidalara qarşı həssaslıq, ağız infeksiyaları, diş kökünün absesi, digər infeksiyalar nəticəsində ağrı və şişkinliyə səbəb ola bilər. Çənə və diş qıcama (bruksizm) stres və dişlərin düzgün oturmadığı hallarda müşahidə olunur.
- Doktor, dişlərdə olan problemlər həzm sisteminə necə təsir göstərir?
- Ağız sağlamlığı bədənin ümumi sağlamlığı ilə sıx bağlıdır. Diş və diş əti problemləri yalnız estetik və funksional çətinliklər yaratmaqla kifayətlənmir, həmçinin həzm sisteminə də ciddi təsir göstərə bilər. Bu təsirlər birbaşa (məsələn, qidanın çeynənməsi) və dolayısı ilə (iltihab və ya bakteriyaların yayılması yolu ilə) baş verir. Həzm prosesi ağızda başladığı üçün qidanın ilk mexaniki və kimyəvi emalı məhz burada başlayır. Çeynəmə qidanı kiçik hissələrə parçalayaraq, həzm sisteminin sonrakı mərhələlərində işlənməsini asanlaşdırır. Diş problemləri, məsələn çürük, diş itkisi və ya diş ağrısı çeynəmə funksiyasını zəiflədir. Bu, qidanın kifayət qədər xırdalanmamasına və mədədə daha çox yüklənməyə səbəb olur. Çeynəmə problemi olan insanlar qidanı tam xırdalamadan udmağa meyllidirlər. Bu, mədə üçün əlavə yük yaradır, çünki mədə böyük qida hissələrini həzm etmək üçün daha çox turşu ifraz etməlidir. Nəticədə isə qıcqırma və mədə yanması, qastrit və xora xəstəlikləri meydana gəlir.
Dişlərdə olan çürümələr və diş əti xəstəlikləri (məsələn, gingivit və ya parodontit) zamanı ağızda bakteriyalar artırır. Bu bakteriyalar tüpürcək və ya qan dövranı vasitəsilə mədə və bağırsaqlara keçərək, bağırsaq mikroflorasının pozulmasına mədə infeksiyalarına və iltihabına səbəb ola bilər.
Dişlər ümumi həzm sisteminin sağlamlığı üçün də əhəmiyyətlidir.
- Diş və diş əti xəstəlikləri nə kimi problemlərə yol aca bilər?
- Diş və diş əti xəstəlikləri ilə ümumi sağlamlıq arasındakı birbaşa əlaqə var. Araşdırmalar göstərir ki, periodontal (diş əti) xəstəlikləri ürək-damar xəstəlikləri ilə sıx bağlıdır. Diş əti iltihabına səbəb olan bakteriyalar qan dövranına daxil olaraq arteriyalarda yığılmaya səbəb ola bilər. Ateroskleroz (damarların tıxanması), infarkt və yüksək qan təzyiqi kimi problemlərin yaranması ilə nəticələnir. Bununla yanaşı, diş sağlamlığı şəkərli diabet xəstəlikləri ilə əlaqələndirmək olar. Şəkərli diabeti olan şəxslər diş əti xəstəliklərinə daha həssasdır. Eyni zamanda, periodontal xəstəliklər şəkərli diabetin idarə edilməsini çətinləşdirir. Diş əti infeksiyası qan şəkərinin səviyyəsini artıraraq diabetin ağırlaşması ehtimalını yaradır.
Ağız boşluğu sanasiyasi hətta hamiləlik dövründə belə özünü birüzə verir. Hamiləlik dövründə hormonal dəyişikliklər səbəbindən diş əti xəstəlikləri artma meylinə malikdir. Əsasən ağız boşluğunda olan problemlər tənəffüs sisteminə də təsir göstərir. Diş əti infeksiyalarına səbəb olan bakteriyalar tənəffüs sisteminə daxil olaraq pnevmoniya, bronxit kimi xəstəliklərin yaranmasına səbəb ola bilər.
Osteoporoz dişlərin və çənə sümüklərinin zəifləməsinə şərait yaradır. Bu isə dişlərin itirilməsi riskini artırır. Osteoporoz ağız boşluğunda həssaslığın itməsi zamanı da baş verir. Çənə sümüyündə və ağız boşluğunda olan problemlər osteoporozun erkən diaqnozunda göstərici ola bilər.
Diş və çeynəmə problemləri düzgün qidalanmaya mane olur. Bu, bədənin lazımı qidaları almasını çətinləşdirir, zəiflik və qidalanma çatışmazlığına səbəb olma ehtimalı yaradır. Həmçinin, nitq və ünsiyyətdə də çətinliklər yaradır. Dişlərin funksional problemləri nitqi poza bilər. Bu da şəxsin sosial ünsiyyətinə mənfi təsir göstərir. Bunun üçün də profilaktik tədbirlər görülməsi vacibdir.
- Diş sağlamlığını necə qoruya bilərik?
- Gündə ən az iki dəfə diş fırçalama və diş ipindən istifadə etmək lazımdır ki, ağız boşluğunda bakteriyaların çoxalmasın qarşısı alınsın. Müntəzəm olaraq diş həkiminə müraciət etmək və müşahidələr aparmaq lazımdır. Hər altı aydan bir stomatoloji müayinə ağız və diş xəstəliklərinin erkən mərhələdə aşkar edilməsinə kömək edir.
Bununla yanaşı, sağlam qidalanma da böyük rol oynayır. Sağlam qidalanmaq üçün şəkərin və turşulu qidaların azaldılması diş çürükləri riskini azaldır. Kalsium və D vitamini ilə zəngin qidalar diş və sümüklərin sağlamlığını dəstəkləyir. Təzə meyvə və tərəvəzlər, xüsusilə alma və yerkökü kimi qidalar təbii olaraq dişləri təmizləməyə kömək edir. Turşulu içkilərdən çəkinin - soda və enerji içkiləri diş minasını zədələyir.
Dişlərinizi çox sərt fırçalamayın, çünki bu mina və diş ətlərinə zərər verə bilər. Həmçinin, tütün məmulatrının diş ətlərinə və dişlərə ciddi problemlər gətirib çıxara biləcəyini nəzərə alaraq, onlardan bacardığınız qədər uzaq durmağı tövsiyə edirik.
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026286
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026220
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026176
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026174
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026172
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026166
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026166
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026154
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026154
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026148
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026146
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026142
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026142