Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yaxın Şərqdə davam edən böhran fonunda təxirəsalınmaz yardım fondundan Livan, İraq və Suriyaya 2 milyon dollar ayırıb.
Azmedinfo.az xəbər verir ki, ÜST münaqişənin çox sayda əhali köçünə səbəb olduğunu qeyd edib. Bildirilir ki, Livanda 700 minə qədər insan ölkə daxilində məcburi köçkünə çevrilib.
Təşkilat Livana 1 milyon dollar ayırıb. Bu vəsait fövqəladə hallarda koordinasiyanın möhkəmləndirilməsinə, yaralıların müalicəsinə, xəstəliklərə nəzarətin gücləndirilməsi, əsas dərman və tibbi ləvazimatların alınmasına və paylanmasına sərf ediləcək.
Bundan əlavə, İraq və Suriyanın hər birinə 500 min dollar ayrılıb. Vəsait fövqəladə hallarda koordinasiyanın dəstəklənməsi, kütləvi yaralanma hallarının idarə olunması, əsas dərman və tibbi ləvazimatların alınması və paylanması, köçkün əhaliyə səhiyyə xidmətlərinin göstərilməsi, xəstəliklərə nəzarət və ictimai maarifləndirmənin gücləndirilməsi üçün nəzərdə tutulub.
-
Yaşamaq və yaşatmaq naminə: donorluq mədəniyyətinin təşviqi davam edirƏn çox oxunanlar03 Aprel 2026168
-
Əqli və nevroloji geri qalmalara səbəb olan xəstəlik - MikrosefaliyaƏn çox oxunanlar01 Aprel 2026118
-
Bir damla qan, bir ömür ümidƏn çox oxunanlar31 Mart 2026116
-
Niyə check-up bu qədər vacibdir?Ən çox oxunanlar31 Mart 2026108
-
Neyrocərrahiyyə sahəsində aktual mövzular tələbələrə praktik izah edildiƏn çox oxunanlar31 Mart 202692
-
Endokrinoloq erkən osteoporoz riskinə qarşı tövsiyə etdiƏn çox oxunanlar01 Aprel 202680
-
Yaponiyada norovirusdan qida zəhərlənməsi yaşandıƏn çox oxunanlar31 Mart 202664
-
Məsud Pezeşkian dünya həkimlərini və beynəlxalq təşkilatları həmrəyliyə çağırdıƏn çox oxunanlar03 Aprel 202664
-
Azərbaycanda körpə və erkən yaşlı uşaqların qidalanmasına dair yeni sanitariya normaları hazırlanırƏn çox oxunanlar03 Aprel 202662
-
Səhiyyə Nazirliyinin 9109 "Çağrı Mərkəzi"nin fəaliyyətə başlamasından 3 il ötürƏn çox oxunanlar03 Aprel 202656
-
FDA 2-ci tip diabet xəstələri üçün ilk həftəlik insulini təsdiqlədiƏn çox oxunanlar01 Aprel 202646
-
Livanda səhiyyə müəssisələrinə edilən hücumlar nəticəsdində həlak olan səhiyyə işçilərinin sayı 51-ə çatıbƏn çox oxunanlar31 Mart 202644
-
31 Mart – Azərbaycanlıların Soyqırımı GünüdürƏn çox oxunanlar31 Mart 202638