BMT-nin HİV/QİÇS üzrə birgə proqramının rəhbərliyi beynəlxalq donor vəsaitlərinin azalmasının qlobal səhiyyə üçün ciddi risklər yaratdığı barədə xəbərdarlıq edib. Bildirilib ki, bir sıra həssas ölkələrdə icma əsaslı səhiyyə xidmətlərinin zəifləməsi QİÇS-lə mübarizədə uzun illər ərzində əldə olunan nəticələri təhlükə altına salır.
Azmedinfo.az xəbər verir ki, UNAIDS-in icraçı direktoru Vinni Byanyima BMT-nin yaydığı məlumatda maliyyə axınlarının kəskin azalmasının HİV infeksiyasına qarşı aparılan proqramların icrasına birbaşa mənfi təsir göstərdiyini qeyd edib.
Onun sözlərinə görə, Nyu-Yorkda BMT qərargahında keçirilən brifinq zamanı bir çox dövlətlərin əvvəllər beynəlxalq donor dəstəyi ilə həyata keçirilən proqramları davam etdirməkdə çətinlik çəkdiyi vurğulanıb. Nəticə etibarilə bəzi ölkələrdə profilaktika və sosial dəstək xidmətlərinin iflic vəziyyətinə düşdüyü bildirilib.
Rəsmi statistikaya əsasən, hazırda 9,3 milyon insan HİV ilə yaşasa da, müalicəyə hələ də başlaya bilməyib. 2024-cü il ərzində isə dünyada 1,3 milyon yeni yoluxma faktı qeydə alınıb.
Byanyima əlavə edib ki, maliyyə çatışmazlığı xüsusilə inkişaf etməkdə olan ölkələrdə vəziyyəti daha da ağırlaşdırır. Onun fikrincə, müalicə proqramlarının genişləndirilməsi dayanır, bir çox HİV-lə bağlı təşkilatlar isə ya fəaliyyətini məhdudlaşdırır, ya da tamamilə bağlanır.
Məlumatda qeyd olunur ki, Uqandada HİV-in qarşısını 99 faizə qədər azalda bilən PrEP profilaktik vasitəsinin istifadəsi 2024-cü ilin sonundan 2025-ci ilin payızına qədər 31 faiz azalıb. Burundidə bu göstərici 64 faiz, Nigeriyada isə prezervativlərin paylanması 55 faiz geriləyib.
Eyni zamanda HİV/AİDS sahəsində fəaliyyət göstərən təşkilatların böyük hissəsi maliyyə çatışmazlığı səbəbindən fəaliyyətini ya dayandırıb, ya da ciddi şəkildə azaldıb. UNAIDS-in işlədiyi səkkiz ölkədə profilaktika xidmətlərinin 99,9 faizinin xarici maliyyə hesabına həyata keçirildiyi, yerli resursların isə yalnız 0,1 faiz təşkil etdiyi vurğulanır.
Son iki ildə hər gün orta hesabla 570 qız və gənc qadının HİV-ə yoluxduğu bildirilir. Bununla yanaşı, qadınların rəhbərlik etdiyi HİV təşkilatlarının 60 faizə yaxını maliyyə dəstəyini itirib və ya fəaliyyətini dayandırıb.
Bununla belə, Byanyima elmi nailiyyətlərin QİÇS-in 2030-cu ilə qədər ictimai səhiyyə problemi kimi aradan qaldırılması üçün real imkan yaratdığını diqqətə çatdırıb. O bildirib ki, uzunmüddətli PrEP, yeni nəsil profilaktika və müalicə üsulları artıq mövcuddur və bu, epidemiyanın qarşısının alınması üçün əsas elmi baza yaradır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261014
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026758
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026726
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650