ÜST və Səhiyyə Nazirliyi vaksinasiya kommunikasiyası üzrə yeni təlim proqramına başladı
18 May 2026
494
Tibb işçiləri tərəfindən həyata keçirilən effektiv və sübutlara əsaslanan kommunikasiya valideynlər, pasiyentlər və himayədarlar arasında peyvəndlərə inamın artırılmasında mühüm rol oynayır.
Azmedinfo.az xəbər verir ki, ötən həftə ÜST-nin Ölkə Ofisi və Səhiyyə Nazirliyi tərəfindən “Pasiyentlər və himayədarlarla vaksinasiyaya dair kommunikasiya” mövzusunda Təlimçi üçün Təlim təşkil olunub. Təlim ÜST-nin Avropa üzrə Regional Ofisi tərəfindən yeni hazırlanmış və nəşr edilmiş təlim modulu əsasında keçirilib.
Təlimdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin nümayəndələri, Azərbaycan Dövlət Tibb Universiteti, Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu və 2 nömrəli Bakı Baza Tibb Kollecinin müəllim heyəti iştirak edib. Təlim müxtəlif qurumların fəal iştirakı və əməkdaşlığı şəraitində həyata keçirilib ki, bu da modulun gələcəkdə təhsil proqramlarına inteqrasiyası üçün mühüm zəmin yaradıb.
Praktik məşğələlərlə zəngin iki günlük interaktiv təlim zamanı iştirakçılar himayədarlarla vaksinasiya barədə kommunikasiya üzrə sübutlara əsaslanan yanaşmalarla bağlı bilik və bacarıqlarını gücləndiriblər. Təlim zamanı təqdim olunan yanaşmalar davranış dəyişikliyi üzrə kommunikasiya prinsiplərinə əsaslanır və bu prinsiplər təkcə peyvənd əhatəliliyinin artırılması üçün deyil, həm də ictimai səhiyyənin geniş spektrində effektiv kommunikasiya bacarıqlarının gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Təlimin sonunda təlim modulunun həkim və tibb bacıları üçün həm diplomaqədər, həm də diplomdansonrası təhsil proqramlarına inteqrasiyası imkanları müzakirə olunub və ilkin fəaliyyət istiqamətləri müəyyənləşdirilib.
Tibb işçiləri peyvəndlərlə bağlı məlumatların ən etibarlı mənbələrindən biri olaraq qalırlar. Buna görə də onların yalnız güclü texniki biliklərlə deyil, həm də peyvəndlərlə bağlı narahatlıqları aradan qaldırmaq, valideynlərin və himayədarların məlumatlı qərar qəbulunu dəstəkləmək üçün effektiv kommunikasiya bacarıqları ilə təmin olunması xüsusi əhəmiyyət daşıyır.
Keçirilmiş təlim ÜST-nin Ölkə Ofisi və Səhiyyə Nazirliyinin immunizasiya üzrə tədris proqramlarının gücləndirilməsi, eləcə də vaksinasiya ilə bağlı kommunikasiya sahəsində milli potensialın davamlı şəkildə inkişaf etdirilməsi istiqamətində birgə səylərinin növbəti mühüm addımıdır. Təlim modulunun həkim və tibb bacıları üçün təhsil proqramlarına tam şəkildə inteqrasiyası peyvənd tərəddüdünün azaldılmasına, valideynlərin vaksinlərə etimadının artırılmasına və ölkə üzrə immunizasiya əhatəsinin yaxşılaşdırılmasına mühüm töhfə verəcək.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261014
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026758
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026726
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650