Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
21 May 2026, Cümə axşamı, 21:10
Əlaqə vasitələri
Bizimlə əlaqə
Perinatal və neonatal sağlamlıq nədir?
22 Mart 2025
2818
Perinatal və neonatal sağlamlıq nədir?
Perinatal və neonatal sağlamlıq ana və yeni doğulmuş körpənin doğuşdan əvvəl, doğuş zamanı və doğuşdan sonrakı dövrdə sağlamlığını qorumaq və yaxşılaşdırmaq üçün nəzərdə tutulan tibbi və ictimai səhiyyə tədbirlərini əhatə edir.

 

Azmedinfo.az bu iki dövrə dair anaların bilməli olduğu bəzi məqamlara diqqət çəkir:

 

Perinatal sağlamlıq

Perinatal dövr hamiləliyin 22-ci həftəsindən başlayır və doğuşdan sonra 7-ci günə qədər davam edir. Bu dövrdə ana və körpənin sağlamlığına təsir edə biləcək faktorlar hamiləlikdə düzgün tibbi nəzarət, prenatal (doğuşdan əvvəlki) müayinələr, ananın qidalanması, infeksiyalardan qorunması və təhlükəsiz doğuş şərtləri ilə bağlıdır.

 

 

Neonatal sağlamlıq 

Neonatal sağlamlıq əsasən vaxtında və düzgün neonatal reanimasiya (doğuş zamanı tənəffüs və ürək problemləri yaranarsa, ilkin müdaxilə), ana südü ilə qidalanma və düzgün qidalanma rejimi, hipoqlikemiya (qan şəkərinin düşməsi) və sarılıq kimi neonatal problemlərin izlənməsi və müalicəsi, infeksiyalardan qorunma və peyvəndlərin tətbiqi, vaxtından əvvəl doğulmuş körpələr üçün xüsusi qayğı və inkubator şəraiti kimi  faktorlarla bağlıdır.

 

Bu iki dövrün sağlam idarə olunması ana və körpə ölümlərinin qarşısını almaq və uşağın sağlam inkişafını təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır.

Ən çox oxunanlar