Yeni Klinikada riskli qeysəriyyə əməliyyatı uğurla gerçəkləşdi
03 Aprel 2025
1138
Yeni Klinikanın Reproduktiv sağlamlıq və ailə planlaması mərkəzinin mama-ginekologiya komandası icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində riskli qeysəriyyə əməliyyatını uğurla həyata keçirib.
Azmedinfo.az xəbər verir ki, daha öncə iki dəfə riskli hamiləlik keçirərək qeysəriyyə əməliyyatı ilə doğum edən pasiyent üçüncü hamiləliyi zamanı uzman cərrah mama-ginekoloq Sevinc Məmmədovanın nəzarəti altında izlənilib. Hamiləliyin 23-24-cü həftələrində icra edilən doppler və ultrasəs müayinələri nəticəsində ciftin yapışma anomaliyasından (plasenta perkreata) şübhələnilmiş və xəstə daimi nəzarətə götürülüb. Daha sonra hamiləliyin 32-ci həftəsində aparılan MRT müayinəsi ilə diaqnoz təsdiqlənib. Fetal respirator distress sindromunun (RDS) profilaktikasından sonra xəstə planlı şəkildə qeysəriyyə əməliyyatına hazırlanıb.
Əməliyyat, uzman cərrah mama-ginekoloqlar Sevinc Məmmədova və Nəzrin Məmmədova tərəfindən uğurla icra olunub. Plasenta perkreata diaqnozuna baxmayaraq, əməliyyat zamanı orqan (uşaqlıq) qoruyucu cərrahiyyə tətbiq olunub. Nəticədə, 2.700 kq çəki və 46 sm boyunda sağlam oğlan uşağı dünyaya gəlib.
Əməliyyatdan sonra ana bir neçə gün Reanimasiya şöbəsinin müdiri Emil Qasımovun nəzarəti altında saxlanılıb. Həyati göstəricilər stabilləşdikdən sonra isə stasionar müalicə üçün Mama-Ginekologiya şöbəsinə köçürülüb. Vəziyyəti qənaətbəxş olan ana və yeni doğulmuş körpə ambulator müalicəyə davam etmək üçün evə buraxılıb.
Məlumat üçün bildirək ki, ciftin yapışma (invaziya) anomaliyası - ciftin uşaqlıq divarına və bəzən qonşu orqanlara qədər dərinləşərək yapışması ilə xarakterizə olunur. Bu patologiya orta hesabla hər 10.000 doğuşdan birində müşahidə edilir. Ən önəmli risk faktoru daha əvvəl keçirilmiş qeysəriyyə əməliyyatıdır. Əgər plasenta əvvəlki əməliyyatdan sonra yaranmış çapıq nahiyəsinə invaziya edərsə, plasentanın yapışma anomaliyası demək olar ki, qaçılmaz olur. Bu vəziyyət ağır qanaxmalara səbəb olaraq ananın həyatını riskə ata bilər.
Həkimlər hamiləliyin 34-36-cı həftələri arasında əməliyyat aparılmasını ideal hesab edirlər. Lakin belə hallarda əməliyyat zamanı ağırlaşmalar – güclü qanaxma, sidik kisəsi, sidik axarları və nadir hallarda yoğun bağırsağın zədələnməsi kimi fəsadlar yarana bilər. Bundan əlavə, iri damarların zədələnməsi həyati təhlükə yarada biləcək ciddi qanaxmalara səbəb ola bilər. Lakin vaxtında müdaxilə və dəqiq tibbi nəzarətlə bu risklərin minimuma endirilməsi mümkündür.
Qeyd: Körpənin şəkilləri valideynlərinin icazəsi ilə paylaşılıb.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654