Bəzi ginekoloji xəstəliklər qadın sağlamlığını ciddi şəkildə pozur və bu hallarda cərrahi əməliyyatların icrası zəruri olur. İri kistalar, şişlər, yumurtalığın burulması, uşaqlıq borularının (fallop borularının) irinli-iltihabi prosesləri, endometrioz və ya boru hamiləliyi kimi vəziyyətlərdə yumurtalıq və ya uşaqlıq borularının çıxarılmasına ehtiyac yarana bilər.
Azmedinfo.az xəbər verir ki, yumurtalıq və boruların çıxarılması üçün aparılan cərrahi müdaxilələr icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata daxildir. Əməliyyatın məqsədi pasiyentin ümumi sağlamlığını qorumaq, yumurtalıq xərçənginin yayılmasının və digər ciddi ağırlaşmaların qarşısını almaqdır. Ötən il ərzində icbari tibbi sığorta hesabına yumurtalıq və boruların çıxarılması üzrə 5055 cərrahi müdaxilə icra olunub.
Yumurtalıq və boruların çıxarılması üçün müxtəlif cərrahi üsullar mövcuddur. Laparoskopik üsul daha az invaziv metod hesab edilir və ön qarın divarında kiçik kəsiklər açılaraq kamera nəzarətində həyata keçirilir. Bu metod minimal ağrı və daha sürətli sağalma müddəti ilə seçilir. Daha mürəkkəb hallarda isə açıq cərrahi üsul (laparotomiya) tətbiq olunur. Bu zaman qarın divarında daha böyük kəsik açılaraq əməliyyat icra edilir. Əgər yumurtalıqlar uşaqlıqla birlikdə çıxarılırsa, bəzi hallarda vaginal yolla əməliyyat da tətbiq edilə bilər.
Sözügedən tibbi xidmətlə bağlı ambulator və stasionar şəraitdə aparılan instrumental və laborator müayinələr, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, o cümlədən, yatış müddətində manipulyasiyalar, qan və ya qan komponentləri icbari tibb sığorta tərəfindən qarşılanır.
Laparoskopik əməliyyatdan sonra pasiyent bir neçə gün ərzində normal həyat fəaliyyətinə qayıda bilər. Açıq əməliyyatdan sonra isə sağalma müddəti bir qədər uzun çəkir.
Əməliyyat qadının hormonal balansına təsir edə bilər, lakin bu dəyişikliklər həkim nəzarətində izlənilir və müvafiq müalicə tədbirləri ilə idarə olunur. Nəticədə pasiyentin sağlamlığı və həyat keyfiyyəti qorunur.
İcbari tibbi sığorta çərçivəsində bu cərrahi müdaxilələr ixtisaslı həkim təyinatı və tibbi göstəriş əsasında qarşılanır. Vətəndaşlar ilkin olaraq ginekoloqa müraciət etməli, müvafiq müayinələrdən keçməli və əməliyyata ehtiyac olduğu halda həkimin göndərişi ilə cərrahi müdaxiləyə cəlb olunmalıdır.
Sözügedən əməliyyat icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654