Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
17 Aprel 2026, Cümə, 04:11
Əlaqə vasitələri
Bizimlə əlaqə
İcbari tibbi sığorta ilə qadın sonsuzluğunun diaqnostika və müalicəsi mümkündür
13 Fevral 2025
414
İcbari tibbi sığorta ilə qadın sonsuzluğunun diaqnostika və müalicəsi mümkündür
Qadın sonsuzluğuna reproduktiv yaşda olan qadınların təxminən 10-15%-də rast gəlinir.
 
Azmedinfo.az xəbər verir ki, sonsuzluq uşaqlıq və ya yumurtalıqların anadangəlmə inkişaf qüsurları, genetik və immun pozğunluqlar, ətraf mühitin mənfi təsirləri, zərərli vərdişlər, somatik və ginekoloji xəstəliklər, infeksiyalar və digər amillərlə bağlı ola bilər. Bu problem ailə planlamasında çətinliklər yaradır və cütlüklərin həyat keyfiyyətinə mənfi təsir göstərə bilir.
 
Qadın sonsuzluğunun səbəblərini dəqiq müəyyən etmək üçün diaqnostika prosesi çoxşaxəli yanaşma tələb edir. Hormonal testlər diaqnostika prosesinin əsas mərhələlərindən biridir. Diaqnozu dəqiqləşdirmək üçün həkim pasiyentə hormonal testlər və əlavə laborator analizlər təyin edə bilər.
Ən çox oxunanlar