Kimyaterapiya alan xərçəng xəstələrində saç tökülməsini tamamilə dayandıra biləcək inqilabi bir müalicə üsulu hazırlanıb. Şeffild Hallam Universitetinin alimləri tərəfindən aparılan bu araşdırma, saç köklərini kimyaterapiyanın zərərli təsirlərindən qorumaq üçün "ikiqat müdafiə təmin edən güclü bir metod" təklif edir.
Azmedinfo.az "TRT Haber"ə istinadən yazır ki, yeni üsul sayəsində saç kökləri üzərində kimyaterapiya toksikliyinə qarşı daha təsirli bir qoruma təmin edir.
Araşdırma nəticəsində, baş dərisinin 18°C-yə qədər soyudulmasının saç köklərindəki zədələri tamamilə blokladığı müəyyən edilib. Lakin 26°C-yə qədər soyutmanın kifayət qədər qoruma təmin etmədiyi vurğulanıb. Soyutma prosesi, baş dərisinə gedən qan axınını azaldaraq, kimyaterapiya dərmanlarının saç köklərinə çatmasını məhdudlaşdırır.
Şeffild Hallam Universitetindən Hüceyrə Biologiyası Dosenti Dr. Nik Georgopoulos laboratoriya şəraitində aparılan tədqiqatlar zamanı saç dərisindən alınan follikulları çoxaltdıqlarını və kimyaterapiyanın təsirlərini araşdırdıqlarını bildirib: "Soyutma, saç istehsalından məsul olan sürətlə bölünən hüceyrələri sadəcə qorumur, həm də onların tamamilə sağ qalmasını təmin edir. Lakin bunun üçün ideal temperaturdan istifadə etmək vacibdir."
Tədqiqatda həmçinin, soyutma prosesinə əlavə olaraq tətbiq edilən topikal antioksidant losyonun, soyutmanın qoruyucu təsirini əhəmiyyətli dərəcədə artırdığı aşkar edilib. Losyonun tərkibində qırmızı üzüm və yerfıstığında olan resveratrol ilə yanaşı, qida əlavəsi olan N-Asetilsistein yer alır.
Dr. Georgopoulos bəzi xəstələrdə soyutma metodunun yetərsiz qala biləcəyini qeyd edərək deyib: "Bəzi başlar – mən onlara "inatçı başlar" deyirəm – kifayət qədər soyumur. Bu hallarda topikal məhsulla edilən dəstək, qoruma qabiliyyətini tamamilə dəyişir."
Bununla belə, Georgopoulosun fikrincə, antioksidant losyon təkbaşına kifayət qədər güclü deyil. Soyutma metodu isə eyni zamanda bir neçə qoruyucu təsir yaradır: "Soyuqda qan damarları daralır, baş dərisinə daha az qan – deməli daha az dərman – gedir. Bundan əlavə, hüceyrələrin bölünməsi yavaşlayır. Bu da həm fiziki, həm də biokimyəvi səviyyədə qoruma təmin edir."
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026764
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026732
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650