Ani ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb olur, təbiət ərazilərinə və ekosistemə ciddi zərər dəyir
26 İyul 2025
1012
Son günlər havaların isti və quraq keçməsi meşə və digər yaşıllıq ərazilərdə yanğınlar baş verməkdədir. Aparılan təhlillər və araşdırmalar meşə yanğınlarının əsas səbəbinin insan faktoru olduğunu göstərir.
Azmedinfo.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ictimai maarifləndirmə və cəmiyyətin ekoloji məsuliyyətini artırmağa xidmət missiyasına dəstək olur.
Belə ki, statistikaya görə, qeydə alınan yanğın hadisələrinin əksəriyyəti yanğın təhlükəsizliyi qaydalarına əməl etməyən vətəndaşların, kənd təsərrüfatı ilə məşğul olan fermerlərin, meşə və təbiət ərazilərinə yaxın kəndlərdə yaşayan sakinlərin, istirahət məqsədilə təbiət qoynuna üz tutan şəxslərin odla ehtiyatsızlığı səbəbindən baş verir. Statistika göstərir ki, baş verən yanğınların əksəriyyəti meşə fondu və xüsusi mühafizə olunan təbiət ərazilərindən kənarda qeydə alınır, sonradan külək və quraq hava səbəbindən təəssüf ki, qorunan ərazilərə keçir. Nəticədə ölkənin meşə fonduna, xüsusi mühafizə olunan təbiət ərazilərinə, bioloji resurslara və torpağın üst münbit qatına ciddi ziyan dəyir, ekosistem məhv olur.
2025-ci ilin ötən dövrü ərzində meşə və təbiət ərazilərinə yaxın sahələrdə 83 yanğın hadisəsi baş verib ki, bunun da 15-i sonradan meşə torpaqlarına, 2-si isə xüsusi mühafizə olunan təbiət ərazilərinə keçib.
Meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət ərazilərində yanğın riskinin minimuma endirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən bir sıra qabaqlayıcı və profilaktik tədbirlər görülür. Hər il olduğu kimi bu il də yanğın əleyhinə qoruyucu mineral zolaqlar çəkilib, nəzarət postları, müşahidə qüllələrinin sayı artırılıb, könüllü yanğınsöndürmə dəstələri formalaşdırılıb. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi ilə birgə regional müşavirələr keçirilib, yanğın təhlükəsizliyinə dair praktiki və maarifləndirici təlimlər təşkil olunub.
Qeyd edək ki, hazırda müşahidə olunan isti və quraq hava şəraiti səbəbindən təbiət əraziləri, yaşıllıqlar, o cümlədən otlaq sahələri, meşə massivləri yanğına daha həssasdır.
Bütün bunları nəzərə alaraq, ETSN vətəndaşlara, xüsusilə də, təbiət ərazilərinə yaxın kəndlərin əhalisinə, fermerlərə və turistlərə müraciət edərək aşağıdakılara riayət etməyə çağırır:
- Təbiət ərazilərində olarkən açıq alovdan istifadə etməyin;
- Söndürülməmiş siqaret kötüklərini ətrafa atmayın;
- Biçindən sonra sahələrə od vurmayın;
- Yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edin.
Unutmayaq ki, hər birimizin ani ehtiyatsızlığı qarşısıalınmaz yanğınlara səbəb olar, təbiət ərazilərinə və ekosistemə ciddi zərər dəyər.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654