AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, AMEA-nın və ETN İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya, süni intellekt və müasir reallıqlar” mövzusunda elmi-praktiki konfrans keçirilib.
Azmedinfo.az xəbər verir ki, konfransda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, elm və təhsil qurumlarının əməkdaşları, media mənsubları və digər şəxslər iştirak ediblər.
Tədbiri giriş nitqi ilə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov açaraq Milli Məclisin yaz sessiyasının gündəliyinə uyğun olaraq keçirilən, aktual mövzuya həsr olunmuş konfransın elmi əhəmiyyətini qeyd edib. O, iqlim dəyişiklikləri, ekoloji böhranlar və təbii resursların azalmasını bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən olduğunu söyləyib. Bildirib ki, atmosferin və ətraf mühitin çirklənməsi, biomüxtəlifliyin azalması, su qıtlığı, iqlim dəyişiklikləri və s. planetimizin tarazlığına birbaşa təsir edən faktorlardır.
Komitə sədri bugünkü tədbirin Beynəlxalq Biomüxtəliflik Günündə keçirilməsinin təsadüfi olmadığını bildirərək, bu əlamətdar günün əsas məqsədinin dünyanın diqqətini təbii və antropogen faktorların təsirinə məruz qalan biomüxtəlifliyin qorunmasına yönəltmək olduğunu vurğulayıb.
Ulu Öndər Heydər Əliyevin təbiətin mühafizəsinə və ekoloji tarazlığın saxlanılmasına xüsusi önəm verdiyini deyən Sadiq Qurbanov qeyd edib ki, Ümummilli Lider biomüxtəlifliyin qorunmasını Azərbaycanın ekoloji siyasətinin mühüm tərkib hissəsi kimi görürdü. Böyük şəxsiyyət təbiətə qarşı edilən hər hansı zərəri yalnız ekoloji fəlakət deyil, həm də milli sərvətə qarşı hörmətsizlik kimi dəyərləndirirdi.
Prezident İlham Əliyevin Bakıda keçirilən COP29 tədbiri çərçivəsində söylədiyi “Qlobal ekoloji problemlər bəşəriyyətin mövcudluğu və gələcəyi üçün ciddi təhdidlər yaratmaqdadır” sözlərini xatırladan Sadiq Qurbanov hazırda ölkəmizdə ekoloji təhlükəsizliyi təmin etmək və təbii sərvətlərdən səmərəli istifadə etmək üçün rəqəmsal texnologiyaların tətbiqinin genişləndirildiyini vurğulayıb. Bildirib ki, xüsusilə Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonaları” elan edilməsi bu istiqamətdə atılmış mühüm addımdır.
“Azərbaycanın yaşıl öhdəlikləri ekoloji dayanıqlığı artırmaq, karbon emissiyalarını azaltmaq və bərpa olunan enerji mənbələrindən istifadəyə keçidi sürətləndirmək məqsədi daşıyır”, - deyə bildirən komitə sədri ölkəmizin bu sahədə bir sıra beynəlxalq və milli təşəbbüslərə qoşulduğunu söyləyib. Vurğulayıb ki, Azərbaycan 2030-cu ilə qədər istilik effekti yaradan qaz emissiyalarını 35 %, 2050-ci ilədək isə 40 % azaltmağı hədəfləyir.
Daha sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxış edərək ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması, təbii fəlakətlərdən müdafiəyə diqqətin artırılması, süni intellekt və rəqəmsal inkişafla bağlı ölkənin çağırışlarına cavab verən əhəmiyyətli müzakirələrin aparılması baxımından bugünkü tədbirin əhəmiyyətini qeyd edib.
“Yaşıl dünya naminə həmrəylik ili”nin ölkəmizdə uğurla davam etdiyini və Azərbaycanın dünyamiqyaslı beynəlxalq COP29 konfransına yüksək səviyyədə ev sahibliyi etdiyini deyən AMEA rəhbəri vurğulayıb ki, COP29 tədbiri sadəcə iqlim dəyişikliyi mövzusunda deyil, həm də ölkənin beynəlxalq səviyyədə öz liderlik qabiliyyətini nümayiş etdirmək yolunda tarixi bir addım oldu. Bu konfrans Azərbaycanın yalnız bir müşahidəçi deyil, qlobal çağırışlara cavab verən bir lider olduğunu bütün dünyaya sübut etdi. COP29 Qarabağın azad edilməsindən sonra Azərbaycanı dünyaya yeni obrazda təqdim etdi.
Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan elmi COP29 tədbiri və “Yaşıl dünya naminə həmrəylik ili”ndə yeni ideyalarla, yeni istiqamətlərlə yanaşı, yeni terminologiya ilə zənginləşib. COP29 Azərbaycan elminə ondan əvvəlki dövrlərdə heç zaman səslənməyən “yaşıl enerji”, “yaşıl iqtisadiyyat”, “yaşıl artım”, “yaşıl texnologiyalar” və s. kimi yeni terminlər, yeni anlayışlar gətirib.
O, cari ildə Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası” və “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nın təsdiq edilməsi haqqında sərəncamlarının “Yaşıl dünya naminə həmrəylik ili” strategiyası ilə bir-birini tamamladığını və yeni mərhələni şərtləndirdiyini bildirib.
Çıxışının sonunda akademik İsa Həbibbəyli tədbir zamanı irəli sürüləcək müddəa və təkliflərin, müzakirə obyekti olacaq məsələlərin Milli Məclisdə bu istiqamətdə yeni qanunvericilik layihəsinin hazırlanması prosesinə öz töhfəsini verəcəyinə əminliyini bildirib, konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynovanın və İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasovun mövzu üzrə məruzələri dinlənilib.
Konfransda, həmçinin AMEA-nın akademik-katibi, Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, millət vəkili Nigar Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zeynalov və Azərbaycan Dövlət İqtisad Universitetinin departament direktoru, professor Zahid Məmmədov çıxış edərək “yaşıl” dünyanın mühafizəsinə, yüksək texnologiyaların tətbiqi ilə bağlı qlobal çağırışların elmi baxımdan müzakirəsinə həsr edilmiş tədbirin önəminə toxunublar. Qeyd olunub ki, müzakirələr elmi-innovativ yanaşmaların, planların və qanunvericilik aktlarının milli strategiyalara uyğun şəkildə formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda tədbir iştirakçıları “AMEA-nın nadir ağaclar parkı”na baxış keçiriblər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261044
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026936
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026914
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026908
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026800
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026764
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026732
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026650