Tibbi tullantılar nəticəsində yaranan ekoloji və sanitar risklərdən danışıldı
08 Aprel 2026
554
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən “Tibbi tullantıların təhlükəsiz idarə edilməsi” mövzusunda növbəti tədbirlər Bakı şəhərində 7 nömrəli Uşaq Nevroloji Sanatoriyasında, Sumqayıt şəhərində 1 saylı xəstəxanada və Gold Hospital MMC-də keçirilib.
Azmedinfo.az xəbər verir ki, iştirakçılara tibbi tullantıların növləri, düzgün çeşidlənməsi, müvəqqəti saxlanması, daşınması və zərərsizləşdirilməsi üsulları barədə ətraflı məlumat verilib. Həmçinin müasir şəhərsalma və memarlıq yanaşmalarında tullantıların, xüsusilə tibbi tullantıların təhlükəsiz idarə olunmasının dayanıqlı və sağlam şəhər mühitinin formalaşmasında rolu vurğulanıb.
Eyni zamanda Böyük Qayıdış proqramı çərçivəsində Zəngilan rayonunun Ağalı kəndində Həkim Tibb Məntəqəsində də tibbi tullantıların düzgün idarə olunması ilə bağlı görüş keçirilib və iştirakçılara mövzu ilə bağlı geniş məlumat təqdim edilib.
Tədbirlərin əsas məqsədi tibbi tullantıların idarə olunması ilə bağlı mövcud qaydalar barədə məlumatlılığı artırmaq, tibbi tullantıların düzgün idarə olunmaması nəticəsində yaranan ekoloji və sanitar riskləri iştirakçıların diqqətinə çatdırmaq və bu sahədə məsuliyyətli yanaşmanın şəhər infrastrukturu və ictimai sağlamlıq üçün əhəmiyyətini vurğulamaqdır.
Bu bölməyə aid digər xəbərlər
Ən çox oxunanlar
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 20261162
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 2026732
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 2026724
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 2026626
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026620
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026616
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026616
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026604
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 2026570
-
Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdirƏn çox oxunanlar13 Oktyabr 2026554
-
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?Ən çox oxunanlar13 Oktyabr 2026552
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 2026546
-
Quranda hicab əmri varmı?Ən çox oxunanlar12 Oktyabr 2026544
-
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcəkƏn çox oxunanlar13 Oktyabr 2026494
-
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində uğurlu nəticələr əldə edilirƏn çox oxunanlar13 Oktyabr 2026486
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026434
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 2026432
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026412
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026344
-
Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradırƏn çox oxunanlar12 Oktyabr 2026314