Avstraliyanın Melburn Kral Texnologiya Universitetindən olan tədqiqatçılar quraşdırılmış sensorlar ilə geyilə bilən yara monitorinqi qurğusu hazırlayıblar. Bu sensorlar fiziki təmas ehtiyacını minimuma endirməklə infeksiya riskini azalda bilər.
Azmedinfo.az xəbər verir ki, standart üsullar yaranın vəziyyətini qiymətləndirmək üçün sarğıların müntəzəm çıxarılmasını tələb edir. Bu, çox vaxt mühüm müdaxilələrin gecikməsinə zəmin yaradır. Halbuki, bu yeni ixtira "bluetooth" bağlantısı vasitəsilə müalicəni uzaqdan idarə etməyə imkan verir.
Prototip cihazın təkrar istifadə üçün yararlı olması onu birdəfəlik ağıllı sarğılar və digər yeni yara monitorinqi texnologiyalarından daha sərfəli və praktik edir.
Dünyada milyonlarla insan xroniki yaralardan əziyyət çəkir ki, bu da onların həyat keyfiyyətinə təsir göstərir və ciddi sağlamlıq xərcləri ilə nəticələnir.
Yeni ağıllı monitor əsas sağalma göstəricilərinə davamlı olaraq nəzarət etmək üçün iltihab, pH və temperatur sensorları da daxil olmaqla qabaqcıl inteqrasiya edilmiş sensor texnologiyasından istifadə edir.
Yüksək temperaturlar iltihab və ya infeksiyaya işarə edir və pH səviyyələrindəki dəyişikliklər yaraların sağalmasının hansı mərhələdə olduğunu göstərə bilir.
Onun komponentləri biouyğunluğu, asanlıqla mövcud istehsal proseslərinə tətbiq oluna bilməsi sayəsində potensial olaraq irimiqyaslı istehsal üçün maya dəyərini 5 dollardan aşağı salır.
Xatırladaq ki, Melburn Kral Texnologiya Universitetinin funksional materialların və mikrosistemlərin araşdırılması qrupu yuxunun keyfiyyətini və rahatlığını izləmək üçün yaşlı insanlara qulluq edən yataq sensorları, geyilə bilən ürək monitoru kimi çoxsaylı tibbi cihazın işlənib hazırlanmasında böyük təcrübəyə malikdir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261116
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261096
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261052
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261022
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261022
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026948
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026944
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026934
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026926
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026926
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026920
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026908
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026888
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026882
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026856
-
Quranda İslamı kökündən dəyişən yozumlarƏn çox oxunanlar20 Oktyabr 2026816
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026812
-
Səhiyyə islahatlarının əsas məqsədi vahid idarəetmə sisteminin formalaşdırılmasıdır ŞƏRHƏn çox oxunanlar20 Oktyabr 2026788
-
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı MÜRACİƏTİƏn çox oxunanlar20 Oktyabr 2026772
-
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi vahid strateji idarəetməni gücləndirəcəkƏn çox oxunanlar20 Oktyabr 2026766