Amerikalı alimlər ilk dəfə manjet olmadan spektl kontraslı optik spektroskopiya vasitəsilə qan təzyiqini ölçməyin, onu nəzarətdə saxlamağın müasir texnologiyalara əsaslanan yeni üsulunu nümayiş etdiriblər. Yeni texnologiya hipertoniyanın erkən aşkarlanması və müalicəsini təkmilləşdirə bilər.
Azmedinfo.az Amerika Birləşmiş Ştatları mətbuatına istinadla xəbər verir ki, bu innovativ yenilik rahat daşına bilən cihazın yaradılması istiqamətində mühüm addımdır. O, insanlara qan təzyiqini istənilən vaxt olduqları yerdə manjetsiz ölçməyə imkan verəcək.
Spektl kontraslı optik spektroskopiya hüceyrələr və toxumalar tərəfindən ardıcıl işığın səpilməsi nəticəsində əmələ gələn ləkə nümunələrini təhlil edərək qan axını ölçən qeyri-invaziv görüntüləmə üsuludur.
Bu üsul beyin və toxumaların monitorinqi kimi digər sahələrdə artıq istifadə olunsa da, spektl kontraslı optik spektroskopiya siqnallarının qan təzyiqi ilə əlaqəsini araşdıran ilk tədqiqatlardan biridir.
Araşdırmalar göstərir ki, sutka ərzində və xüsusən də axşam saatlarında və gecə qan təzyiqinin izlənilməsi, onun nəzarətdə saxlanılması insanın sağlamlığı haqqında daha dolğun təsəvvür yaradır.
Adıçəkilən ciihazın ilk sınaqları zamanı bostonlu tədqiqatçılar ondan 30 könüllüdə qan təzyiqini ölçmək, həmçinin davamlı qan təzyiqi monitorundan istifadə etməklə ölçmələr aparmaq üçün istifadə ediblər. Ölçmələr istirahət zamanı və qan təzyiqini dəyişmək üçün nəzərdə tutulmuş ayaq pressi məşqi zamanı aparılmışdır. Sonra qan axını və qan həcmi əyrilərindən müvafiq xüsusiyyətləri çıxararaq qan təzyiqini qiymətləndirmək üçün maşın öyrənməsi modelindən istifadə ediblər.
Nəticələr göstərib ki, spektl kontraslı optik spektroskopiya bilək və ya barmaqdan istifadə edərək qan axınının və qan həcmindəki dəyişikliklərin eyni vaxtda ölçülməsinə imkan verməklə qan təzyiqinin qiymətləndirilməsini yaxşılaşdırır.
Bu, optik cihazlardan istifadə etməklə ürək-damar sağlamlığına nəzarət etmək üçün yeni yol açır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654