Süni intellekt əsasında hazırlanan mobil cihaz gözün torlu qişasının təsvirlərini bir saniyədən az müddətdə mükəmməl dəqiqliklə yoxlayır və gözlərdə diabetin olub-olmamasını aşkarlayır.
Azmedinfo.az-ın verdiyi xəbərə görə, adıçəkilən cihaz Beynəlxalq Endokrinoloqlar Cəmiyyətinin bu günlərdə San Fransiskoda keçirilən "ENDO-2025" beynəlxalq konqresində təqdim edilib.
Mütəxəssislərin ilkin rəyinə görə, bütün dünyada sürətli və ucuz qiymətə əlçatan olacaq bu "ağıllı" texnologiya diabetik retinopatiya və digər göz xəstəliklərinin görmə qabiliyyətini qoruyan skrininq üçün böyük ümidlər vəd edir.
O, sadə smartfonlar da daxil olmaqla, internetə qoşulan bütün cihazlarda retinal təsvirləri sürətli və dəqiq təhlil etmək üçün qabaqcıl dərin öyrənmə alqoritmlərindən istifadə edir.
Qarşısı alına bilən korluğun əsas səbəbi olan diabetik retinopatiya bütün dünyada 100 milyondan çox insana təsir göstərir. Çünki, dünya əhalisinin şəkərli diabetə düçar olması günbəgün daha sürətli və daha geniş miqyasda müşahidə olunur.
Hyustondan olan iki tədqiqatçı dünyanın 6 qitəsində əhalinin müxtəlif təbəqələrini təmsil edən anonim şəxslərə məxsus gözün torlu qişasının bir neçə min təsvirini əldə ediblər. Bu şəkillər bir saniyədən az müddətdə 99%-dən çox dəqiqliklə diabetik retinopatiyanı aşkarlamaq və onun hansı mərhələdə olduğunu müəyyənləşdirmək məqsədilə dərin öyrənmə modellərini hazırlamaq və təsdiqləmək üçün istifadə edilmişdir. Adıçəkilən dərin öyrənmə modeli, həmçinin diabetik retinopatiyanı oxşar göz patologiyalarından fərqləndirməyi bacarıb.
Müxtəlif beynəlxalq tibbi və səhiyyə təşkilatlarını təmsil edən mütəxəssislər süni intellekt əsaslı bu mobil tətbiqin etibarlılığını və istifadəsinin asanlığını təsdiqləyiblər. Eyni zamanda, onun qlobal səviyyədə istifadəsinin uğurlu nəticələrə yol açacağını vurğulayıblar.
Tibb elminin bu yeni nailiyyəti sübut edir ki, süni intellekt xeyirxahlıq məqsədlərinə xidmət edərək görmə qabiliyyətini itirmək riski daşıyan milyonlarla insana yeni ümidlər verir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654